Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin fəaliyyəti və gələcək
planları müzakirə olunub
Milli
Məclisin deputatı Soltan Məmmədov Nizami Gəncəvi
Beynəlxalq Mərkəzində olub. Mərkəzin baş
katibi Rövşən Muradov, baş katibin müavini İlahə
İbrahimli və təşkilatın əməkdaşları
ilə görüşdə qurumun ötən dövrdəki
fəaliyyəti və gələcək planları müzakirə
edilib.
Görüşdə
mərkəzin Nizami Gəncəvi irsinin beynəlxalq aləmdə
tanıdılması və təbliği istiqamətində
Heydər Əliyev Fondu ilə əməkdaşlığın
mümkün istiqamətləri haqqında təkliflər səsləndirilib.
Bu sahədə atılacaq birgə addımların əhəmiyyəti
vurğulanıb.
Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin Bosniya və
Herseqovinada təşkil etdiyi “Qərbi Balkanda vəziyyətin
qiymətləndirilməsi: irəliyə yol” mövzusunda ilk
post-COVİD-19 konfransının əhəmiyyəti barədə
fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, mərkəzin
əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış,
ədalətin bərqərar olunması naminə həyata
keçirilən qlobal fəaliyyətlərə töhfə
verməkdir. Bununla yanaşı, Azərbaycanın görkəmli
mütəfəkkiri Nizami Gəncəvi irsinin
araşdırılması və təbliği təşkilatın
əsas hədəfləri sırasındadır.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 3.