“Nizami
Gəncəvi İli” münasibətilə
Bərdə
Regional Mədəniyyət İdarəsi Bərdə rayon
MKS-nin kənd kitabxana filialları dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin anadan
olmasının 880 illiyi münasibətilə videoçarxlar
hazırlayıblar.
Xaçmaz
Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin
Qorxmazoba kənd kitabxanasının təşkilatçılığı
ilə açıq havada “oxu günü” təşkil edilib.
MKS-nin Paşaoba kənd kitabxana filialı isə “Nizami Gəncəvi
– 880” adlı tədbir keçirib.
Şəki
Regional Mədəniyyət İdarəsi Oğuz rayon
Şirvanlı kənd kitabxanasında kiçikyaşlı
oxucular üçün “oxu saatı” təşkil edilib. Tədbirdə
kitabxananın fəal oxucuları tərəfindən Nizaminin
poemalarından müvafiq olaraq “İlin fəsilləri”, “Hind
gözəlinin dastanı”, “Xeyir və Şər”, “Nuşirəvanla
vəziri və bayquşların söhbəti” hekayələri
səsləndirilib. Zaqatala rayon Kəpənəkçi kənd
kitabxanasında “2021-ci il “Nizami Gəncəvi İli”dir”
adlı “müzakirə saatı” keçirilib. Balakən rayon
Mahamalar kənd Folklor evində “Xosrov və Şirin”
poemasının təhlili aparılıb.
NURƏDDİN
Mədəniyyət.-
2021.- 7 iyul. S. 4.