“Animafilm”in
uşaq münsiflər heyətinə üzvlərin
seçimi
Oktyabrın
20-dən 24-dək Bakıda keçiriləcək IV “Animafilm”
Beynəlxalq Animasiya Festivalının Təşkilat komitəsi
festivalda uşaqlardan ibarət münsiflər heyəti
yaradacaq.
Festivalda
uşaqlar və böyüklər üçün çəkilmiş
onlarla yerli və xarici animasiya filmləri təqdim ediləcək.
Təşkilatçılar
builki festivalda uşaqlardan ibarət münsif heyətinə
qoşulmaq hüququnun şərtlərini elan edib. “Uşaqlar
üçün ən yaxşı qısametrajlı
animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş̧
ən yaxşı qısametrajlı animasiya filmi“ müsabiqəsinin
qaliblərini 20-30 nəfər uşaqdan ibarət olan
münsiflər heyəti müəyyən edəcək.
Münsif
olmaq istəyənlər müraciətlərini avqustun 15-dək
animafilm.biaf@gmail.com e-poçt ünvanına göndərilməlidir.
Nəticələr
avqustun 31-də www.animafilm.az saytında dərc olunacaq.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 5.