Türk xalqlarının geyim mədəniyyətində keçənin rolu

 

Beynəlxalq jurnalda məqalə

 

 AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) Etnoqrafiya elmi-fond şöbəsinin müdiri, dosent Gülzadə Abdulovanın “Türk xalqlarının geyim mədəniyyətində keçənin rolu” (The role of felt in apparel culture of Turkish people) mövzusunda məqaləsi impakt-faktorlu beynəlxalq jurnalda yer alıb.

 

Bu barədə muzeydən məlumat verilib.

 

Məqalədə qeyd olunub ki, türk xalqlarının aparıcı təsərrüfat sahələrindən birini qoyunçuluq və atçılıq təşkil etdiyinə görə, bu sahələrin yaranması və inkişafı, öz növbəsində, keçəçilik peşəsinin də geniş yayılmasına şərait yaradıb. Ona görə də keçəçiliyin tarixini köçmə maldarlıq formaları ilə əlaqələndirmək daha məqsədəuyğundur. Məqalədə keçə geyimlərinin etimologiyası, geyim tərzi haqqında da ətraflı məlumat verilib.

 

Mədəniyyət.- 2021.- 7 iyul. S. 6.