İslam
irsimizi tanıyaq: Bibiheybət məscidi
Mədəniyyət
Nazirliyinin “İslam irsimizi qoruyaq” layihəsi çərçivəsində
təqdim olunan növbəti videomaterial Bakının Səbail
rayonunda yerləşən Bibiheybət məscidi
haqqındadır.
Bibiheybət
məscidi dünyanın müxtəlif ölkələrindən
gələn müsəlmanlar tərəfindən də dərin
iman və sevgi ilə ziyarət olunur. Burada İmam
Museyi-Kazımın (ə) övladlarından olan Xanım Həkimənin
(ə) müqəddəs qəbri yerləşir.
Məscidi
Şirvanşah II Fərruxzad inşa etdirib. Məscidin
portalındakı kitabədə onun miladi tarixlə 1281-1282-ci
illərdə Fərruxzad ibn II Axsitan ibn III Fərzburzun əmri
ilə memar Mahmud ibn Səidin tikdiyi yazılıb.
Bibiheybət
ziyarətgahı sovetlərin ilk illərində din əleyhinə
kampaniyanın qurbanı olub, 1934-cü ildə tamamilə
dağıdılıb. Bununla belə zəvvarlar buraya daima
üz tutmaqda davam ediblər.
Ulu
öndər Heydər Əliyev 1997-ci il iyulun 23-də – Məhəmməd
Peyğəmbərin (s) mövludu günündə burada yeni
məscid kompleksinin bünövrəsini qoyub, bir il sonra,
1998-ci il iyulun 12-də məscidin açılış mərasimində
iştirak edib.
Prezident
İlham Əliyevin təşəbbüsü, eləcə də
diqqət və qayğısı sayəsində Bibiheybət
məscid-ziyarətgah kompleksinin genişləndirilməsi və
yenidən qurulması işi davam etdirilib. Ziyarətgahın əsas
korpusunun açılışından düz on il sonra –
2008-ci il iyul ayının 12-də əsaslı yenidənqurma
və təmir işlərindən sonra məscidin
bütöv bir kompleks olaraq açılış mərasimi
olub.
Ziyarətgahda
həmçinin ilk dəfə olaraq muzey yaradılaraq zəvvarların
ixtiyarına verilib.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 6.