Rasim
İsmayılovun şəxsi arxiv fondu yaradılır
Azərbaycan
Dövlət Film Fondunda Əməkdar incəsənət
xadimi, kinorejissor, kinooperator Rasim İsmayılovun şəxsi
arxiv fondu yaradılır.
Fonda
görkəmli sənətkarın nadir fotoşəkilləri,
əlyazmaları və s. arxiv sənədləri daxildir. Arxiv
materialları sənətkarın həyat yoldaşı,
Əməkdar jurnalist Nadejda İsmayılova tərəfindən
təhvil verilib.
Arxiv
fondunun yaradılması Rasim İsmayılovun 85 illik yubileyinə
ithaf olunur.
Rasim
İsmayılov 1936-cı il iyulun 13-də Bakıda anadan olub.
1958-ci ildə Bakı kinostudiyasında operator assistenti olub.
1958–1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun Operatorluq fakültəsində təhsil
aldıqdan aonra “Azərbaycanfilm”də işləməyə
başlayıb. 1963–1978-ci illərdə kinostudiyada
quruluşçu operator, 1977-ci ildən isə
quruluşçu rejissor kimi bir neçə bədii film
çəkib. 2004-cü il mayın 5-də vəfat edib.
Rasim
İsmayılov “Yaşamaq gözəldir, qardaşım”,
“Torpaq, dəniz, od, səma”, “Yeddi oğul istərəm”,
“Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”,
“Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Babək”
və s. filmlərin quruluşçu operatoru olub. “Şir evdən
getdi”, “Asif, Vasif, Ağasif”, “Sizi dünyalar qədər
sevirdim”, “Alman klinikasına şəxsi səfər” və s.
bədii filmlərin rejissorudur. R.İsmayılov Azərbaycanda
animasiya televiziya filmlərinin yaradıcılarından biridir.
“Danışan işıqlar” və “Qırmızılar,
qaralar və başqaları” animasiya filmlərinə də
quruluş verib.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 2.