İCESCO
və UNESCO-dan birgə layihə
“Gələcəyin
Proqnozlaşdırılması Laboratoriyası”
İslam
Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı
(İCESCO) və BMT-nin Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (UNESCO) “Gələcəyin
Proqnozlaşdırılması Laboratoriyası” adlı birgə
layihə həyata keçirəcəklər.
İCESCO-nun
mərkəzi ofisindən bildiriblər ki, iki təşkilatın
nümayəndələri, həmçinin Səudiyyə Sənayeləşmə
Korporasiyası və Frankofoniya Universiteti Agentliyi
laboratoriyanın hazırlanması üzrə ilkin məsləhətləşmə
aparıblar. Videokonfrans formatında keçirilən sessiyada
qeyd olunub ki, dəyişən dünyanın müasir çağırışları
fonunda beynəlxalq təşkilatların elm, təhsil və mədəniyyət
sahələrində yeni birgə konsepsiyalara ehtiyacı var.
UNESCO-nun
təhsil bölməsinin rəhbəri Ried Miller və
İCESCO-nun Strateji Planlaşdırma Mərkəzinin direktoru
Kais Həmmami gənc nəslin süni intellekt və ən
müasir texnologiyalar əsrində, habelə pandemiya və
yeni çağırışlar şəraitində adekvat təhsil
alması, iş yerləri ilə təmin olunması sahələrində
təşəbbüslərdən bəhs ediblər. Onlar diqqətə
çatdırıblar ki, iki mötəbər humanitar təşkilatın
yaradacağı laboratoriyada tanınmış analitiklər,
Avropa, ABŞ və İslam ölkələri universitetlərinin
alimləri məsləhətçi qismində
çalışacaqlar. Burada ilk tədqiqat “Mümkün və
arzu olunan gələcəyin qurulması” mövzusunda olacaq.
Hökumətlərin və digər beynəlxalq humanitar təşkilatların
da tədqiqatlara dəstək verməsi nəzərdə
tutulur.
Mədəniyyət.-
2021.- 7 iyul. S. 3.