Mədəniyyət naziri Gürcüstanın Baş
naziri və parlament sədri
ilə görüşüb
Gürcüstanda
səfərdə olan Azərbaycanın mədəniyyət
naziri Anar Kərimovun rəsmi görüşləri iyulun
7-8-də də davam edib.
İyulun
8-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili
Azərbaycanın mədəniyyət nazirini qəbul edib.
Baş
nazir Azərbaycanın mədəniyyət nazirinin rəhbərlik
etdiyi nümayəndə heyətinin
Gürcüstana səfərindən məmnunluğunu
bildirib. Qeyd edib ki, Gürcüstan ilə Azərbaycan bölgədə
çox səmərəli əməkdaşlıq edirlər.
Bu əməkdaşlığın inkişaf etdirilməsi
Gürcüstan üçün böyük əhəmiyyət
daşıyır.
İrakli
Qaribaşvili Gürcüstanın suverenliyi və ərazi
bütövlüyünə göstərdiyi qətiyyətli
dəstəyə görə Azərbaycan tərəfinə
minnətdarlığını bildirib. O,
Gürcüstanın Azərbaycanın ərazi
bütövlüyünə dəstəyini bir daha təsdiqləyib.
Anar
Kərimov da öz növbəsində Azərbaycan və
Gürcüstan arasındakı mədəni və humanitar sahələr
üzrə əməkdaşlıq məsələlərinin
diqqət mərkəzində olduğunu bildirib.
Görüşdə
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev,
Gürcüstanın mədəniyyət, gənclər və
idman naziri Tea Sulukiani də iştirak edib.
***
İyulun
7-də Gürcüstan Parlamentində mədəniyyət
naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüş keçirilib.
Gürcüstan
Parlamentinin sədri Kaxa Kuçava Azərbaycanın mədəniyyət
nazirinin səfərini, keçirilən görüşləri
və müzakirə olunan məsələləri yüksək
qiymətləndirib. Bildirib ki, bu cür səfərlər iki
dost və qardaş ölkə olan Azərbaycan ilə
Gürcüstan arasında strateji tərəfdaşlıq
münasibətlərinin daha da möhkəmlənməsinə
xidmət edir.
Nazir
Anar Kərimov Azərbaycanın Gürcüstan ilə
münasibətlərin bütün sahələrdə
inkişafına böyük önəm verdiyini qeyd edib.
Görüşdə
ölkələrimiz arasında əlaqələrin
bütün sahələrdə inkişafının vacibliyi
qeyd olunub, qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və
digər rəsmi şəxslər iştirak ediblər.
Mədəniyyət.-
2021.- 9 iyul. S. 1.