“Ünsiyyət bağları” davam edir
Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin “Ünsiyyət bağları: görüşlər və diskussiyalar” layihəsi çərçivəsində növbəti görüş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzdində “İçərişəhər” Muzey Mərkəzinin Bakı Fotoqrafiya Evində keçirilib.
Görüş iştirakçıları İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə təşkil edilmiş “Əmman – 100 illik yürüş” adlı fotosərgi ilə tanış olublar. Görüşdə İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşeh də iştirak edib.
Qeyd edək ki,
iyulun 1-də açılan fotosərgidə
İordaniyanın paytaxtı Əmman şəhərinin tarixi inkişafını təsvir edən 40
fotoşəkil yer alıb.
Mədəniyyət.-
2021.- 9 iyul. S. 3.