General Polad Həşimov haqqında sənədli film təqdim olundu

 

İyulun 12-də Beynəlxalq Muğam Mərkəzində şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun (1975-2020) xatirəsinə həsr olunanPortret 3293” sənədli filmi generalın portretinin təqdimat mərasimi keçirildi.

 

Mərasimdə Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət elm xadimləri, Polad Həşimovun ailə üzvləri hərbçi dostları iştirak edirdi.

 

Layihənin rəhbəri ideya müəllifi Nurana Babayeva film haqqında məlumat verdi. Bildirdi ki, ötən ilin iyulunda xain düşmən tərəfindən Tovuz hadisələrinin törədilməsi general-mayor Polad Həşimovun şəhid olmasından çox sarsılıb: “2020-ci ilin iyul ayından emalatxanamda generalın portretini işləməyə başladım. Şəhid generalın portreti mənim bu janrda ilk işimdir. Eyni zamanda bu sənədli filmi ərsəyə gətirməyə nail olduq”.

 

Filmin adı ilə bağlı fikirlərini bölüşən N.Babayeva söylədi ki, 3293 rəqəmi Polad Həşimovun düşməndən aldığı postun adıdır hadisələrin baş verdiyi yeri əks etdirir: “Zabit əsgər heyəti həmin postu həm Polad postuadlandırıb. Filmi hazırlamaqda əsas məqsədim onu tanıyanların sevgi hörmət bəslədiyi Polad Həşimovun xatirəsini yaşatmaqdır”.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd etdi ki, Tovuz döyüşləri bizi Zəfərə aparan bir hadisə oldu: “O insana yaxşı övlad, həyat yoldaşı deyirlər ki, valideynlərinə, ailəsinə qayğı ilə yanaşır. Ancaq elə sevgi var ki, heç düşünmədən sevdiklərimizi arxamızda qoyaraq yolunda canımızı fəda edirik. Bu uca sevginin adı ana Vətəndir! Polad Həşimov belə oğullardan idi. O, sadəcə, Səmayə xanımın deyil, bütün analarımızın övladıdır. Onun ən böyük arzusu ailəsi ilə deyil, Vətənlə bağlı idi. Polad Həşimovun tabeliyində çoxlu sayda əsgərləri var idi. Məhz onlar Polad Həşimovun adı çəkiləndəmənim komandirimdeyirdilər. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Bununla həm generalımızın qisası alındı, həm 30 ilə yaxın həsrətini çəkdiyimiz doğma Qarabağımıza qovuşduq. Mən bir daha Polad Həşimova torpaqlarımızın azadlığı uğrunda canını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

 

Millət vəkili Ceyhun Məmmədov bildirdi ki, bu gün Ali Baş Komandan İlham Əliyevin qüdrətli Ordumuzun sayəsində Azərbaycan xalqı tarixinin ən şanlı günlərindən birini yaşayır: “Bu Zəfər dolu günləri bizə yaşatmaqdan ötrü minlərlə qəhrəmanımız Vətən yolunda öz canını fəda etdi. Şəhidlik insanın həyatda çata biləcəyi ən uca məqamdır. Şəhid valideyni adını daşımaq isə böyük fəxr qürurdur. Həyatda ən çətin işlərdən biri kimlərəsə nümunə olmağı bacarmaqdır. Polad Həşimov öz əsgərlərinə nümunə idi. Mən Səmayə xanım başda olmaqla bütün şəhid analarının qarşısında baş əyirəm”.

 

Çıxışlardan sonraPortret 3293” sənədli filmi nümayiş etdirildi.

 

Sonda şəhid generalın anası Səmayə Həşimova çıxış edərək oğlunun xatirəsinə göstərilən diqqətə görə ölkə başçısı İlham Əliyevə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

Qeyd edək ki, “Chelebi Media Group” tərəfindən lentə alınan filmin prodüseri Məlahət Qurbanovadır. Sənədli filmin çəkilişləri Azərbaycan Hərb Tarixi Muzeyi, II Fəxri xiyaban, Polad Həşimovun Sumqayıt şəhərindəki evi və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə aparılıb.

 

Xatırladaq ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı düşmənin hücum cəhdinin qarşısını alarkən şəhadətə yetib. Tovuz döyüşlərində 12 hərbçimiz həlak olub. Ölkə başçısının 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə general-mayor Polad Həşimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

 

Nurəddin MƏMMƏDLİ

Mədəniyyət.- 2021.- 14 iyul. S. 1; 2.