Mədəniyyət Nazirliyi yanında İctimai
Şuraya seçkilər
Təkrar səsvermə
keçiriləcək
İyulun 13-də Mədəniyyət
Nazirliyi yanında İctimai Şuraya seçkilər təşkil
edilib. Mədəniyyət Nazirliyi yanında İctimai
Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar
yaradılmış Seçki Komissiyası tərəfindən
Beynəlxalq Muğam Mərkəzində təşkil olunan
seçkilərin gedişini media mənsubları da izləyib.
Seçkilər “İctimai iştirakçılıq haqqında” 2013-cü il 22 noyabr tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq keçirilib.
Qeyd edək ki, İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə seçilməsi nəzərdə tutulub. Ümumilikdə 49 qeyri-hökumət təşkilatının rəhbər və ya təmsilçisi İctimai Şura üzvlüyünə namizəd göstərilmişdi. Seçici qismində 250-dən çox ictimai təşkilat nümayəndəsi qeydiyyatdan keçmişdi.
Səsvermədən əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, nazirlik yanında ilk dəfə yaranacaq şuranın fəaliyyəti mədəniyyət sisteminə nəzarəti gücləndirəcək, eyni zamanda nazirlik və onun tabeliyində olan qurumlarla qeyri-hökumət təşkilatları arasında səmərəli əməkdaşlığın qurulmasına yardımçı olacaq.
Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə qeyd edib ki, mədəniyyət ümumilikdə ölkənin bütün insanlarını maraqlandıran sahədir. O, ümidvar olduğunu bildirib ki, İctimai Şuraya seçiləcək üzvlər nazirliyin ictimai təşkilatlarla münasibətlərinin səmərəli qurulmasına öz töhfəsini verəcək və bu sahədə həm şəffaflığın təmin edilməsi, həm də keyfiyyətin artmasına yardımçı olacaqlar.
Sonra İctimai
Şuraya seçki prosesi başlayıb. Səsvermə nəticəsində, qanunvericiliyə
müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 1 namizəd
– Əlibəyov Gəray
Ayaz oğlu (“Mədəni İnkişaf
Mərkəzi” İctimai
Birliyi) İctimai Şuranın üzvü seçilib.
Qalan 8 yerə 16 iyul 2021-ci il tarixdə
saat 10:00-dan 14:00-dək Beynəlxalq
Muğam Mərkəzində
namizədliyi qeydə
alınmış şəxslər
(48 nəfər) arasında
təkrar seçkilər
keçiriləcək.
Təkrar seçkidə qeydiyyata alınmış vətəndaş
cəmiyyəti institutları
təmsilçilərinin seçici
qismində iştirakı
nəzərdə tutulub.
Mədəniyyət.-
2021.- 14 iyul. S. 1.