XIII-XIV
əsrlər Azərbaycanda
elm və mədəniyyət
Farsdilli mənbələr
əsasında
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun Tarixşünaslıq və
mənbəşünaslıq şöbəsinin əməkdaşı
Elxan Quliyevin “XIII-XIV əsrlər Azərbaycanda
elm və mədəniyyət
(farsdilli mənbələr
əsasında)” kitabı
çap olunub.
Kitabın elmi redaktoru institutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.
Nəşrin məqsədi XIII-XIV əsrlərdə
farsdilli qaynaqlarda Azərbaycanın elm və
mədəniyyət tarixinə
dair məlumatları üzə çıxarmaq,
habelə müasir tədqiqat əsərlərindən
faydalanaraq həmin dövrlərdə Azərbaycanın
elm və mədəniyyət
tarixini işıqlandırmaqdır. Bəhs
olunan dövrlərdə
fars dilində
yazılan tarixi mənbələrdə Azərbaycan
elm və mədəniyyət
tarixinə dair məlumat və faktlar kitabın əsasını təşkil
edir.
Kitab
XIII-XIV əsrlərdə Azərbaycanda
mənəvi və mədəni həyat, dini görüşlər,
bayramlar, toy və yas mərasimləri, elm və mədəniyyət
ocaqları, kitabxanalar,
səhiyyə, humanitar,
ictimai, dəqiq və təbiət elmləri, eləcə də incəsənət,
peşə və sənətkarlıq, şəhərsalma
və memarlıq haqqında geniş təsəvvür yaradır.
Nəşr müəllim və tələbələr, eləcə
də idarəetmə
ilə məşğul
olan vəzifəli şəxslər, Azərbaycanın
elm və mədəniyyət
tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
Mədəniyyət.- 2021.- 14 iyul. S. 6.