Ssenari
müsabiqəsinin qalibləri elan edilib
Biri həkim-pediatr,
digəri iqtisadçıdır
Azərbaycan Respublikası Kinematoqrafçılar
İttifaqının elan etdiyi “Qarabağ Azərbaycandır!”
qısametrajlı, tammetrajlı, sənədli və animasiya
filmləri ssenari müsabiqəsinin nəticələri müəyyən
olunub.
Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının
(ARKİ) mətbuat xidmətinin rəhbəri Əli Vəliyev
bildirib ki, ssenari müsabiqəsinin münsiflər heyətinə
Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə
sədrlik edib. Münsiflər heyətinin üzvləri
ittifaqın sədri, Xalq artisti Şəfiqə Məmmədova,
Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Elxan Cəfərov
və Əməkdar mədəniyyət işçisi
Elçin Hami Axundov olub.
Münsiflərin
yekun rəyi ARKİ İdarə Heyətinin geniş tərkibdə
iclasında müzakirə edilib.
ARKİ-nin
sədri Şəfiqə Məmmədova iclasda diqqətə
çatdırıb ki, müsabiqəyə 48 ssenari təqdim
olunub.
Münsiflər ssenarilərin ideya səviyyəsi, dialoqların,
mətnlərin üslub
və bədii xüsusiyyətləri, ssenarilərin
müsbət və mənfi cəhətlərini
qeyd ediblər. Münsiflər heyətinin üzvləri təəssüflə bildiriblər
ki, müsabiqəyə
sənədli film ssenarisi
təqdim olunmayıb. Təqdim olunmuş animasiya filmləri üçün
ssenarilərin isə
heç biri ideya səviyyəsinə və aktuallığına
görə müəyyən
olunmuş tələblərə
cavab vermir.
Münsiflər təqdim edilmiş
ssenarilərə qiymət
verilməsində ortaq
məxrəcə gələrək
nominasiya üzrə qalibləri elan ediblər:
Ən yaxşı
tammetrajlı film ssenarisi
– “Xəzər dalğası”
(Elnur Rzayev). Mükafatı – 5000 manat.
Ən yaxşı
qısametrajlı film ssenarisi
– “Xarıbülbül” (Leyla
Nəsibli). Mükafatı – 3000 manat.
Qeyd edək
ki, müsabiqənin qalibləri olan Leyla Nəsibli ixtisasca həkim-pediatr, Elnur Rzayev isə
iqtisadçıdır.
Mədəniyyət.-
2021.- 14 iyul. S. 5.