Sumqayıt Dövlət Dram Teatrının
“Dərs”i
Sumqayıt Dövlət Dram Teatrının
yaradıcı heyəti
44 günlük Vətən
müharibəsinə həsr
olunan müxtəlif layihələr həyata keçirir, videoçarxlar
hazırlayır. Teatr bu günlərdə
“Dərs” adlı videofilmi təqdim edib.
Filmin qayəsi
tarixi öyrənmək
və unutmamaqdır. Kadrda məktəbin
xadiməsi məktəb
illərini xatırlayır.
O, yazı taxtasında
işğal olunmuş
rayonların tarixini yaza bilmir, donub
qalır. Müəllim
onu danlayır... İndi o illərə qayıdır.
Xəyalən özünü
şagird sayır, qeyri-ixtiyari zamanı qarışdırıb əlini
qaldırır... Əlini qaldırır
ki, işğal olunmuş rayonların işğal tarixini deyil, artıq azad olunma tarixini
söyləsin.
Filmin sloqanı
kimi Mustafa Kamal Atatürkün kəlamı
seçilib: “Tarixini bilməyən coğrafiyasını
itirər”.
Layihənin rəhbəri teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, ssenari müəllifi və quruluşçu rejissoru Fuad Kazımov, quruluşçu operatoru Əsgər Hüsüyev, ideya müəllifi Nizami Mirzəyevdir. Rollarda Vəfa Qurbanova, Habil Xanlarov və Mələk Dadaşova çəkiliblər.
Mədəniyyət.-
2021.- 14 iyul. S. 5.