Türkcənin Anadoluda yazı dilinə çevrilməsi
Yunus Əmrənin
vəfatının 700-cü ildönümünə həsr
olunmuş beynəlxalq
simpozium
İyulun 12-də
Ankarada Türk dünyasının böyük
mütəfəkkiri, türkcənin
ədəbi dil kimi təşəkkül
tapmasında müstəsna
xidmətləri olmuş
şair Yunus Əmrənin vəfatının
700-cü ildönümünə həsr olunmuş “Türkcənin Anadoluda yazı dilinə çevrilməsi” adlı
beynəlxalq simpozium işə başladı.
Simpozium
Türkiyə Cümhuriyyəti
Prezidenti Administrasiyasının
himayəsi və Türkiyənin Mədəniyyət və
Turizm Nazirliyi, Atatürk Mədəniyyət,
Dil və Tarix Yüksək Qurumu, Türk Dil Qurumu və
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
– TÜRKSOY-un birgə təşkilatçılığı
ilə keçirilir.
Tədbirdən əvvəl “Yunus
Əmrə: gəl, gör məni” adlı rəsm sərgisinin açılışı
oldu. Sərgi Yunus Əmrənin
həyat və yaradıcılığını, yaşadığı dövrü
əks etdirir.
Simpoziumda
açılış nitqi
söyləyən Türk
Dil Qurumunun rəhbəri, professor Gürer
Gülsevin 2021-ci ilin Türkiyədə “Yunus Əmrə və Türk Dili İli” elan edilməsi münasibətilə
gördükləri işlərdən
danışdı. Bildirdi
ki, türkcə ilə bağlı 38 təkrar, 66 yeni nəşr hazırlanıb,
qurumun kitabxanasına
3 mindən çox yeni əsər təqdim olunub ki, bunlardan 60-ı əlyazmalardır. Hazırda
“Türkiyə türkcəsi
və dialekt atlası” layihəsi üzərində iş davam edir. Türkcə ilə əlaqədar 6 min
yaşayış yerində
aparılan araşdırmalar
əsasında 200-ə qədər
xəritə hazırlanacaq.
G.Gülsevin Türk Dil Qurumunun son otuz ildə fəaliyyətinin
nəticəsi olan 1 milyon 200 min sözdən ibarət “Türkiyə türkcəsinin tarixi” lüğətinin bir hissəsinin bu ilin sonuna qədər
təhvil veriləcəyini
bildirdi. Professor elm qurumunun “Türkiyə türkcəsilə
qarşılıqlı olaraq
Azərbaycan, qazax, qırğız, türkmən,
özbək, tatar türkcələrində danışma”
layihəsinın də
sentyabr ayında tamamlanacağını qeyd
etdi.
Yunus Əmrə İnstitutunun rəhbəri, professor Şərəf
Atəş Yunus Əmrə yaradıcılığından
bəhs edərək bildirdi ki, xalqın
içindən çıxan
mütəfəkkir şair
və alim xalqının dilini – türkcəni yüksək
səviyyəyə qaldırıb:
“Yunusun sözləri Quranın türkcəsidir.
Dünya
Yunusun sözlərilə
daha yaşanılır
hala gəlir və gələcək”.
Simpoziumun
açılışında Türkiyə mədəniyyət
və turizm nazirinin müavini Nadir Alpaslan, TÜRKSOY-un Baş
katibi Düsen Kaseinov, Atatürk Mədəniyyət,
Dil və Tarix Yüksək Qurumunun başqanı Məhəmməd Həkimoğlu
da çıxış
etdilər.
Azərbaycanda Atatürk Mərkəzinin
rəhbəri, akademik
Nizami Cəfərov simpozium çərçivəsində
keçirilən “Müqayisəli
türk ləhcələri
lüğəti” kitabının
otuzilliyi və Türk dünyasında türkologiya” mövzusunda
paneldə çıxış
etdi. Akademik bildirdi ki, türkcənin arxasında böyük güc dayandığı
üçün türk
dili daha da inkişaf edəcək: “Atatürkün
danışdığı türkcədə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya miqyasında çox gözəl danışır. Əgər bizim
dövlət başçılarımız
gözəl danışırsa,
türkcəmiz mütləq
dünya dillərindən
biri olacaq, çünki bunun arxasında türk dünyasının böyük
gücü dayanır.
Böyük güc olmayan
yerdə də dilimizin inkişafı çətin olardı”.
Qeyd edək
ki, “Müqayisəli türk ləhcələri
lüğəti” kitabını
hazırlayan alimlər
TÜRKSOY tərəfindən simpoziuma dəvət olunublar. Kitabın Azərbaycan bölməsi
mərhum alim Ələddin Əliyev tərəfindən hazırlanıb.
AMEA-nın vitse-prezidenti,
Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli iyulun 13-də keçirilən
paneldə çıxış
edib.
“Türkcənin Anadoluda
yazı dilinə çevrilməsi” beynəlxalq
simpoziumu iyulun 14-də
başa çatacaq.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.-
2021.- 14 iyul. S. 8.