"Media haqqında"
yeni qanun nə vəd edir?
RƏŞAD
MƏCİD: "MEDİA HAQQINDA" YENİ QANUN
LAYİHƏSİ İNDİKİ MƏRHƏLƏ
ÜÇÜN ƏN OPTİMAL SƏNƏDDİR"
Azərbaycan Prezidentinin bu il yanvarın
12-də imzaladığı "Azərbaycan Respublikasında
media sahəsində islahatların
dərinləşdirilməsi haqqında" fərmana uyğun olaraq, "Media haqqında" yeni qanun layihəsi hazırlanıb.
Qanun layihəsi
Medianın İnkişafı
Agentliyinin icraçı
direktoru Əhməd İsmaylovun, eləcə də müxtəlif mətbuat orqanlarının
- qəzet və veb saytların baş redaktorlarının
iştirakı ilə
müzakirə də edilib.
Qanun layihəsi ilə bağlı fikirlərini bölüşən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Media haqqında"
yeni qanunun hazırlanmasının vacibliyini
bildirib: "Son illər
medianın əhatə
dairəsi həddindən
artıq genişlənib.
İndiyədək qüvvədə olan "Kütləvi informasiya vasitələri"
haqqında qanun artıq zamanın və texnologiyaların sürətindən xeyli geri qalır. İndi internetin inkişafı, onlayn medianın yaranması, audiovizual medianın ortaya çıxması və bu istiqamətdə sürətlə gedən
proseslər "Media haqqında"
yeni qanunun vacibliyini şərtləndirdi.
Sözün düzü, media sahəsində
yaranmış bu xaotik vəziyyətdən
hansı yolla çıxmağın mümkünlüyü
məsələsi son illər
məni də çox düşündürürdü. Bu mənada, hesab edirəm ki, Medianın İnkişafı
Agentliyinin rəhbərliyi,
bu qanun layihəsini hazırlayan insanlar doğrudan da böyük əziyyət çəkiblər.
Artıq
qanun layihəsi qəzet redaktorları, onlayn medianın rəhbərləri ilə
müzakirəyə də
çıxarılıb. Bu günlərdə ADA Universitetində Medianın
İnkişafı Agentliyi
seminarlar təşkil
edir. Agentliyin icraçı direktoru
Əhməd İsmayılov
bu seminarlar çərçivəsində media rəhbərlərindən ibarət
ayrı-ayrı qruplarda
yeni qanun layihəsi barədə məlumat verir, ətraflı diskussiyalar aparılır. Yeni qanun
layihəsi müzakirələrə,
fikir və təkliflərə tam açıqdır.
Buna görə də hesab etmirəm
ki, burada hansısa narazılıqlar
ortaya çıxsın".
Rəşad Məcid hazırlanmış
yeni qanun layihəsində qabaqcıl
dünya ölkələrinin
təcrübəsindən istifadə
olunması məsələsindən
də danışıb:
"Qanun layihəsini
nəzərdən keçirəndə
hiss olunur ki, sənədin üzərində
ayrı-ayrı qabaqcıl
dünya ölkələrinin
təcrübəsini nəzərə
almaqla gərgin iş gedib. Bu
qanun layihəsinin bir neçə müzakirəsində iştirak
etmişəm. Bir sıra
məsələlərin necə
həll olunacağı
mənim üçün
də maraqlı idi. Məsələn,
bu gün jurnalist adına
iddialı çox insanlar var: bir
çox sosial şəbəkə istifadəçisi,
blogerlər, audiovizual
media ilə məşğul
olanlar. Ona görə də
"Jurnalist kimdir?"
sualını konkret cavablandırmaq zərurəti
yaranıb. Yeni qanun
layihəsində bu sualın təfsiri verilib. Qanun layihəsində aydın şəkildə göstərilir
ki, jurnalist informasiya istehsalı ilə məşğul olan
və bununla gəlir əldə edən şəxsdir".
Vahid jurnalist vəsiqəsinin verilməsilə bağlı müzkirələrə toxunan baş redaktorun sözlərinə görə, bu vəsiqəni əldə etmək istəyən, jurnalist adına iddialı hər bir şəxs media reyestrindən keçməli olacaq: "Media reyestri yaradılacaq və bu reyestrə daxil olmaq, hansısa bir yeni media orqanı yaratmaq üçün məlumat vermək lazım gələcək. Düzdür, media reyestrinə daxil olmadan da jurnalist fəaliyyəti göstərmək mümkün olacaq, amma media reyestrinə daxil olan şəxs həm indi, həm də gələcəkdə dövlətin media ilə bağlı verdiyi imtiyazlardan bəhrələnmək imkanı qazanacaq. Məsələn, mediaya hansısa dövlət dəstəyi, jurnalistlərlə bağlı nəzərdə tutulan hansısa imtiyazlar olacaq ki, reyestrə daxil olan jurnalistlər bunlardan yararlana biləcəklər. Məlumdur ki, jurnalistlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün indiyədək üç bina tikilib və onlardan ikisi artıq istifadəyə verilib. Eyni zamanda, indi müzakirələr gedir ki, ictimai nəqliyyatdan, mədəniyyət müəssələrinin xidmətindən jurnalistlər üçün ödənişsiz istifadə təmin olunsun. Bu baxımdan, jurnalistlərin müəyyən bir əhatə dairəsi müəyyənləşdirilməlidir. Türkiyədə buna "sarı kart" deyirlər, biz bunun ölkəmizdə də olmasını istəyirdik. Bu karta sahib jurnalistlər müxtəlif imtiyazlardan bəhrələnirlər. Amma bu o demək deyil ki, kiminsə hansısa jurnalist kimi fəaliyyətinə sərhədlər, çərçivələr qoyulacaq. Vahid jurnalist vəsiqəsinə sahib olmayanlar yenə öz fəaliyyəti ilə məşğul ola biləcəklər. Sadəcə bununla dövlət mətbuatla bağlı öz siyasətini və jurnalist kateqoriyasına daxil olan insanların əhatə dairəsini müəyyənləşdirəcək. Bu dairənin müəyyən sosial və digər imtiyazları da olacaq. Bu da əlbəttə, digər, jurnalist adına iddiası olanları da bu qanun əsasında fəaliyyət göstərməyə sövq edəcək".
Rəşad Məcid yeni qanun layihəsində hələlik sosial şəbəkələrlə bağlı tənzimlənmələrin yer almadığını da vurğulayıb: "Yeni qanun layihəsində media subyektlərinə ənənəvi media - çap mediası, yeni veb saytlar və audiovizual media şamil olunur. Tez-tez müzakirəyə çevrilən məsələlərdən biri də odur ki, müxtəlif "Yutub kanallarının, TV adına iddia edən kanalların fəaliyyəti necə tənzimlənəcək? Nəzərdə tutulur ki, gələcəkdə audiovizual media üçün bir şura yaradılsın və televiziya kimi fəaliyyət göstərəcəkləri halda bu kanallar üçün xüsusi şərtlər müəyyənlıəşdirilsin. O şərtlərə əməl edib fəaliyyət göstərən kanalların fəaliyyətini isə artıq Milli Televiziya və Radio Şurası tənzimləyəcək".
Baş redaktor "Media haqqında" yeni qanun layihəsini indiki mərhələ üçün ən optimal variant hesab etdiyini bildirib: "Bu gün dünyada texnoloji inkişafla əlaqədar sürətli proseslər, dəyişikliklər gedir və təbii ki, bu, medianın formalarına da təsir göstərir. Bu səbəbdən də, ola bilsin, artıq üç-beş ildən sonra, qəbul olunacaq bu yeni qanuna da müəyyən dəyişikliklər edilsin".
Natəvan ABDULLA
525-ci qəzet.- 2021.- 3
iyul. S. 5.