Televiziya
reytinqlərinin ölçülməsində Türkiyə təcrübəsi
Azərbaycanda
televiziya reytinqlərinin ölçülməsi sahəsində
Türkiyə təcrübəsi öyrənilərək tətbiq
ediləcək. Bu məsələ iyulun 13-də Milli Televiziya
və Radio Şurasının (MTRŞ) və Medianın
İnkişafı Agentliyinin təşkilatçılığı
ilə Azərbaycan–Türkiyə Birgə Media Platforması
çərçivəsində keçirilən seminarın
mövzusu olub.
Tədbirdə
Türkiyədə televiziya reytinqlərini öyrənən
TİAK-ın (“Televizyon İzleme Araştırmaları” Anonim
Şirkəti) rəhbər şəxsləri, Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının, İqtisadiyyat
Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Milli
Televiziya və Radio Şurasının rəsmi nümayəndələri,
televiziya kanallarının rəhbərləri iştirak ediblər.
Milli
Televiziya və Radio Şurasının sədri İsmət Səttarov
iştirakçıları salamlayaraq Azərbaycan-Türkiyə
Birgə Media Platforması çərçivəsində
keçirilən tədbirlərin davamı kimi seminarın əhəmiyyətini
vurğulayıb. Bildirib ki, bütün dünyada olduğu
kimi, Azərbaycanda da audiovizual sənayenin
inkişafının baza şərtlərindən biri keyfiyyətli
və mötəbər televiziya izləmə reytinqlərinin
ölçülməsidir. Azərbaycanda bu sahədə olan
mövcud problemlərin teleradio reklam bazarının zəif
inkişaf etməsinə gətirib
çıxardığı vurğulanıb. Bu sahədə
təcrübəsi olan Türkiyənin teleradio sahəsi və
orada mövcud reytinq ölçmə sistemi Azərbaycanda da
maraqla öyrənilir. Şura sədri qeyd edib ki, TİAK
nümayəndələrinin Bakıda bu mövzuda təqdimat
keçirməsi və Türkiyə təcrübəsinin
müzakirəsi xüsusi önəm kəsb edir.
Seminarda
Medianın İnkişafı Agentliyinin icraçı direktoru
Əhməd İsmayılov da qardaş Türkiyənin media
sahəsində atdığı uğurlu
addımlarının Azərbaycanda da yaxından izlənildiyini
və bu təcrübənin öyrənilməsinin əhəmiyyətini
qeyd edib.
TİAK-ın
baş direktoru Dursun Güleryüz dəvətə və tədbirin
təşkilinə görə təşəkkürünü
bildirib, TİAK şirkəti və onun fəaliyyəti
haqqında geniş məlumat verib. Daha sonra TİAK-ın
Texniki komitəsinin üzvü Ogün Doğan Akyol qurumun
televiziya izləmələrinin ölçülməsi sahəsindəki
fəaliyyətinə həsr edilmiş geniş videotəqdimat
keçirib.
Tədbirin
ikinci hissəsində Türkiyə tərəfinin etdiyi təqdimat
və müasir reytinq ölçmə sisteminin Azərbaycanda
mümkün tətbiqi barədə müzakirələr
aparılıb.
Mədəniyyət.-
2021.- 16 iyul. S. 5.