Hər
bəndin açarı səbrdir, inan...
Nizami
Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi
fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan
beş poema-məsnəvidə bütün zamanların ən
humanist, ümumbəşəri idealları parlaq bədii əksini
tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz
ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği,
eyni zamanda tədqiq edilməsi və öyrənilməsi
üçün yeni zəmindir.
“Nizami
sözündən incilər”də dahi şairin möhtəşəm
beşliyindən növbəti seçmələri təqdim
edirik.
Deyilməyən
sözü demə əğyara,
Deyil
tək əğyara, hətta dostlara.
Sirrini
bilməsin evdə divarlar,
Divar
dalında da çünki qulaq var.
Gizləyə
bilməsən sirri qohumdan,
Onu qəlbinə
də buraxma bir an.
(“Xosrov
və Şirin”)
Dənizə
min çay axar, o yenə sakit durar,
Arxa
bir sel gələndə çalxanıb ləngər vurar.
(“Sirlər
xəzinəsi”)
Baş
vaxtından əvvəl ucalsa əgər,
Özü
təpəsinə şillə endirər.
(“Leyli
və Məcnun”)
Ürəkdə
arzun var, çatarsan əlbət.
Qoyma
ki, qarışsın işə xəyanət.
(“Yeddi
gözəl”)
Örtülü
adamdan sirrini saxla,
Onlardan
məsləhət eşitmə əsla.
(“İsgəndərnamə”
– “İqbalnamə”)
Hər
bəndin açarı səbrdir, inan!
Səbirli
kimsələr olmaz peşiman.
(“İsgəndərnamə”
– “Şərəfnamə”)
Mədəniyyət.-
2021.- 16 iyul. S. 7.