Kitabxana
işi sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı
müzakirə edilib
Mədəniyyət
naziri Anar Kərimov iyulun 15-də Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi
üzrə əməkdaşlarından ibarət nümayəndə
heyətini qəbul edib.
Görüşdə
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin
Kitabxanalar və yayımlar baş idarəsinin müdiri,
Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş,
Kitabxanalar və yayımlar baş idarəsinin müdir
müavini Taner Beyoğlu, nümayəndə heyətinin digər
üzvləri, eləcə də Azərbaycan Mədəniyyət
Nazirliyinin Kitab dövriyyəsi
və nəşriyyatla iş şöbəsinin müdiri Akif
Marifli, Milli Kitabxananın direktoru Kərim Tahirov iştirak
ediblər.
Nazir
qonaqları salamlayaraq Türkiyə ilə Azərbaycan
arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin
mədəniyyət sahəsində əməkdaşlıqda
da ön planda olduğunu vurğulayıb, mədəni əlaqələrin
gündən-günə inkişaf edərək genişlənməsindən
məmnunluğunu ifadə edib.
Görüş
zamanı iki ölkənin kitabxanaları arasında həyata
keçirilən informasiya, təcrübə, kitab mübadiləsinin
böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Ali
Odabaş görüşə görə təşəkkürünü
bildirib, qeyd olunan sahələrdə ölkəmizlə əməkdaşlığın
və birgə layihələrin davam edəcəyinə əminliyini
vurğulayıb.
Görüşdə
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin TEDA
proqramı (Türk mədəniyyət, sənət və ədəbiyyat
əsərlərinin dünyaya tanıdılmasına dəstək
layihəsi) üzrə əməkdaşlıq, KOHA (beynəlxalq
avtomatlaşdırılmış kitabxana-informasiya sistemi)
sisteminin öyrənilməsi, bu təcrübə əsasında
yeni milli sistemin yaradılması və ölkəmizdə tətbiqi
imkanları müzakirə edilib. Türkiyənin xalq
kitabxanaları ilə Azərbaycanın mərkəzləşdirilmiş
kitabxana sistemləri arasında təcrübə
paylaşımı, həmçinin Bakı Beynəlxalq Kitab
Sərgi-Yarmarkasına Türkiyənin tanınmış nəşriyyatlarının
cəlb edilməsi məsələləri barədə də
fikir mübadiləsi aparılıb.
Mədəniyyət.-
2021.- 16 iyul. S. 2.