İçərişəhərin dünya irs abidəsi kimi idarə olunması

 

Abidə Menecerləri Forumunda təqdimat

 

UNESCO, İCCROM və Çin Xalq Respublikası tərəfindən UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü sessiyası çərçivəsində 4-cü Abidə Menecerləri Forumu təşkil edilib.

 

“Dünya irsinin idarə olunması – dəyişikliklərə və davamlılığa hazır olma” mövzusunda forum onlayn şəkildə gerçəkləşib. Forumda dünyanın müxtəlif ölkələrindən 100-ə qədər abidə meneceri, o cümlədən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov iştirak edib.

 

Qoruq idarəsindən bildirilib ki, forumda E.Məmmədov İçərişəhərin dünya irs abidəsi kimi idarə olunması və görülən işlərə dair təqdimatla çıxış edib.

 

Mədəniyyət.- 2021.- 16 iyul. S. 3.