Qafqaz Albaniyası ilə bağlı layihə

 

Təhsil İnstitutu azad edilmiş ərazilərin mədəni sərvəti, o cümlədən Qafqaz Albaniyası irsi haqqında məlumatlandırma, təbliğat və maarifləndirmə məqsədilə layihələrə başlayır.

 

İnstitutdan bildirilib ki, ilk layihə olaraq Qafqaz Albaniyası haqqında kitabların yazılması, eləcə də Azərbaycanın tarixi və mədəni, o cümlədən Qafqaz Albaniyası irsi haqqında maarifləndirici vebinarların təşkili planlaşdırılır.

 

Layihənin planına əsasən, cari ilin iyul-dekabr ayları ərzində institut tərəfindən bir sıra mövzular üzrə vebinarlar keçiriləcək. Azərbaycan və rus dillərində təşkil olunacaq vebinarlar Qafqaz Albaniyasının Şimali Azərbaycanda ilkin dövlət qurumu kimi tarixi Qafqaz Albaniyasının əhalisi və tarixi-siyasi coğrafiyası, Qafqaz Albaniyasının maddi mədəniyyəti və tarixi abidələri, Qafqaz Albaniyasından keçən ticarət yolları, alban şəhərləri, alban hökmdarları və onların Azərbaycanın dövlətçilik tarixində rolu, Albaniyada xristianlıq, ərəb işğalı və s. mövzuları əhatə edəcək.

 

Mədəniyyət.- 2021.- 16 iyul. S. 4.