Uca
Yaradana məhəbbət, bəşər övladına mərhəmət
20-21 iyul Azərbaycanda
Qurban bayramıdır
Qurban bayramı İslam aləminin
iki ən müqəddəs bayramından biridir. Qurban mərasimi
Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi
dəyərlərə hörmət, hər bir bəşər
övladına mərhəmət və
dözümlülük təlqin edən İslam dininin
insanlar üçün hidayət yolu seçilməsi ilə
əlamətdardır.
Qafqaz
Müsəlmanları İdarəsindən bayramla bağlı
yayılan məlumatda bildirilir ki, Qurbàn bàyràmı hicri təqvimi
ilə zilhiccə ayının 10-na – miladi təqvimlə 20
iyul tarixinə təsadüf edəcək. Qurban bayramı
ayrı-ayrı müsəlman ölkələrində 2 və
ya 3 gün davam edir.
Azərbaycanda
Qurban bayramı münasibətilə iki gün – bu il 20-21 iyul
qeyri-iş günü sayılır.
Qeyd
edək ki, builki Qurban bayramını dünyada hələ də
davam edən pandemiya şəraitində
qarşılayırıq. Müqəddəs Həcc ziyarəti
bu il də təxirə salınıb.
Qafqaz
Müsəlmanları İdarəsinin Qazılar Şurası
Qurban bayramına dair aşağıdakı tövsiyələrini
də diqqətə çatdırıb. Bildirilir ki, qurban kəsmək,
əsasən, Məkkədə zəvvarlara vacibdir. Digər
yerlərdə isə imkanı olan adamların qurban kəsmələri
sünnət əməl hesab olunur. Qurban ətini kasıb ailələrə
paylamaq böyük savabdır.
Qurbanlıq
əsasən üç hissəyə bölünür: bir
hissəni qurban sahibi özünə götürə bilər,
digər hissə kasıb ailələrə,
üçüncü hissəsinin isə hədiyyə kimi
qohum-əqrəbaya paylanması tövsiyə olunur. Tövsiyədə
həmçinin bildirilir ki, Qurban kəsimi 20 iyul tarixindən
başlayaraq 3 gün davam edə bilər. İyul
ayının 20 və 21-də məscidlərdə birgə
bayram namazları qılınacaq.
Mədəniyyət.-
2021.- 16 iyul. S. 2.