Gənclər
və mədəniyyətin formalaşdırılması
Mədəniyyət
naziri “Special Edition Talks”da çıxış edib
Azərbaycan Respublikasının mədəniyyət
naziri Anar Kərimov iyulun 14-də İslam Əməkdaşlığı
Gənclər Forumu (İYCF) tərəfindən təşkil
edilən “Xüsusi silsilə çıxışlar” (Special
Edition Talks) çərçivəsində fəxri qonaq
qismində “Gənclər və mədəniyyətin
formalaşdırılması” mövzusunda
çıxış edib.
Parlaq
gələcəyin qurulmasında və mədəniyyətin
dayanıqlı inkişafında gənclərin həlledici
rolundan söhbət açan Anar Kərimov əvvəlcə
bu sahədə dünyada və ölkəmizdə
müşahidə olunan müasir meyillərdən
danışıb. Yaradıcı gənclərin dəstəklənməsi
naminə Mədəniyyət Nazirliyi tərəfindən təkcə
COVİD-19 pandemiyası dövründə 30-dan çox layihənin
reallaşdırıldığı qeyd edilib.
Beynəlxalq
səviyyədə gənclərin mədəniyyətdə
rolunun artırılması üçün Azərbaycanın
dəstəyi ilə həyata keçirilən layihələrdən
söz açan nazir son illər dünyada cərəyan edən
müxtəlif proseslər, rəqəmsallaşma, IV Sənaye
İnqilabı kimi hadisələrin fonunda mədəniyyətin
üzləşdiyi çağırışlardan da bəhs
edib. Texnoloji inqilablar əsrində mədəniyyətə
yeni baxışın formalaşdırılması və mədəni
dəyərlərin qorunmasının önəminə diqqət
çəkilib. Bütün dünyada insanların artan məşğuliyyətləri
və azalan vaxtı çərçivəsində gündəlik
həyat tərzlərinin onları robotlaşdırmaması
üçün mədəniyyətin ruhlandırıcı və
yüksək estetik zövq formalaşdıran təsirlərinin
güclənməsinin zərurətə çevrildiyi
vurğulanıb.
Anar
Kərimov çıxışında həmçinin Azərbaycanın
təşəbbüsü ilə 2008-ci ildə əsası
qoyulan “Bakı Prosesi” qlobal platforması və bu çərçivədə
dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə
birgə paytaxtımızda keçirilən ənənəvi
Dünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə
bu Forumda gənclər üçün təşkil olunan
panellər haqqında məlumat verib.
Mədəni
müxtəlifliyin qorunması istiqamətində ölkəmizin
beynəlxalq miqyasda olduqca fəal olduğunu bildirən nazir
deyib ki, Ermənistan otuz ilə yaxın işğal altında
saxladığı Azərbaycan ərazilərində mədəni
irsi planlı şəkildə məhv edib. Mədəniyyətə
qarşı bu təcavüz Azərbaycanın öz
torpaqlarını 44 günlük Vətən müharibəsində
azad etməsinə qədər davam edib.
Mədəniyyətin
sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin
inkişafı üçün əsas şərt oluğunu vurğulayan
Anar Kərimov müharibələrin və vandalizmin mədəniyyəti
hədəf seçdiyini, bütün dünyada bunun
qarşını birdəfəlik almaq məqsədilə Mədəniyyət
Nazirliyi tərəfindən “Mədəniyyət
üçün sülh” (#Peace4Culture) qlobal
çağırışının və
çağırış çərçivəsində
“Sülh üçün yarat”
(#Create4Peace) kampaniyasının elan edildiyini diqqətə
çatdırıb. Bildirib ki, bu çağırış
BMT-nin Sivilizasiyalar Alyansı və İCESCO kimi beynəlxalq təşkilatlar
tərəfindən dəstəklənib.
Sonda
mədəniyyət naziri onlayn görüşdə
iştirak edən gəncləri maraqlandıran sualları
cavablandırıb.
Mədəniyyət.-
2021.- 16 iyul. S. 3.