Türk
respublikalarının müstəqilliyinin 30 illiyi şərəfinə
TÜRKSOY
kuboku uğrunda at yarışı
İyulun
13-də Ankarada Azərbaycan, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan və Türkmənistanın dövlət
müstəqilliyinin otuzuncu ildönümü münasibətilə
TÜRKSOY kuboku uğrunda at yarışı keçirilib.
Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY və
Türkiyə Jokey Klubu tərəfindən təşkil olunan
yarışı rəsmi şəxslər, o cümlədən
səfirlər, şəhər sakinləri izləyiblər.
TÜRKSOY-un
təşəbbüsü ilə Ankara İppodromunda düzənlənən
ənənəvi cıdırda yeddi ingilis cins atı
iştirak edib.
1400
metr məsafəyə at yarışının birincisi 2020-ci
ildə də TÜRKSOY kubokunu Cəlal Ayazın sahibi
olduğu və jokey Halis Karataşın
çapdığı “Mala Moja” adlı ingilis cins madyanı
olub.
Mədəniyyət.-
2021.- 16 iyul. S. 8.