Prezident ölkəmizin
qərb bölgəsinə səfər edib
Prezident İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfər edib. Dövlət başçısı Daşkəsən rayonunda, Naftalan şəhərində, Goranboy rayonunda və Gəncə şəhərində olub.
Prezident Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Dövlət başçısına icrası başa çatan “Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib.
Sonra Naftalana gələn İlham Əliyev şəhər hava limanı ilə tanış olub. Prezident Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib. Dövlət başçısının iştirakı ilə şəhərdə 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.
Prezident İlham Əliyev daha sonra Goranboy
rayonuna gəlib. Dövlət başçısı Əlirzalı-Xan
Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun və Goranboy Olimpiya İdman Kompleksinin açılışında
iştirak edib.
Prezident İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfəri
çərçivəsində Gəncə şəhərinə
gəlib. Dövlət başçısı 2020-ci ilin
Vətən müharibəsi
zamanı Ermənistanın
günahsız mülki
insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi raket hücumlarının səbəb
olduğu cinayət səhnələri ilə
tanış olub.
Mədəniyyət.-
2021.- 23 iyul. S. 1.