Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin heyəti FüzuliAğdamda olub

 

Xəbər verdiyimiz kimi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi üzrə əməkdaşlarından ibarət nümayəndə heyəti ötən həftə Azərbaycana səfər edib. Nümayəndə heyəti səfər çərçivəsində işğaldan azad olunmuş FüzuliAğdam rayonlarında da olublar.

 

Qonaqları Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatla şöbəsinin müdiri Akif Marifli, şöbənin baş məsləhətçisi İslam Hüseynov və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov müşayiət ediblər. Nümayəndə heyətinə Qarabağda dağıdılmış 900-dən çox kitabxana haqqında məlumat verilib.

 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş, direktor müavini Taner Beyoğlu, bölmə rəhbəri Ahmet Aldemir, mədəniyyət və turizm məsələləri üzrə mütəxəssis Fatih Özdemir ermənilərin otuz ilə yaxın davam edən işğal dövründə törətdikləri hərbi cinayətlərin izləri ilə tanış olaraq, mədəni irsin məhv edilməsini, o cümlədən kitabxanaların dağıdılmasını barbarlığın təzahürü adlandırıblar.

 

Mədəniyyət.- 2021.- 23 iyul. S. 2.