Paytaxtın Xətai rayonunda Polad Həşimov adına park

 

İyulun 22-də Bakının Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimov adına parkın açılışı olub.

 

Mərasimdə Polad Həşimovun ailə üzvləri hərbçi dostları iştirak ediblər.

 

Qeyd edək ki, bir müddət öncə Xətai rayonunun icra başçısı Rafiq Quliyevin müraciəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun sərəncamı ilə Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb. Həmin küçədə yerləşən parka Polad Həşimovun adı verilib. Park əsaslı təmir edilib, burada  Polad Həşimovun 2020-ci il iyulunda Tovuz döyüşlərində həlak olmuş hərbçilərimizin xatirəsinə  memorial lövhə qurulub. Mərasimdə general Polad Həşimovun digər şəhidlərin xatirəsinə ağaclar əkilib.

 

Mədəniyyət.- 2021.- 23 iyul. S. 2.