Fransa
portalı azad edilmiş
ərazilərin minalardan təmizlənməsindən
yazır
Fransanın “La Croix” portalında “Azərbaycanda uzun müddət davam edəcək minatəmizləmə başlayır” adlı məqalə dərc edilib.
Məqalədə 1990-cı illərdə erməni işğalı nəticəsində doğma yurdundan didərgin düşən azərbaycanlıların dönüşünə minaların mane olduğu diqqətə çatdırılıb, Qarabağ müharibəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən 2 mərhələdə minalanıb: 1990-cı illərdə və 44 günlük müharibə zamanı erməni silahlı qüvvələri geri çəkilərkən. Qeyd edilir ki, Azərbaycanın azad etdiyi ərazilərinin minadan təmizlənməsi 10 il davam edə bilər.
Vurğulanır ki,
30 ildir doğma yurdundan didərgin düşən azərbaycanlılar
bu gün minalara görə doğma
torpaqlarına qayıda bilmirlər. Ərazilərdə mina xəbərdarlığı ilə
bağlı məlumatlandırıcı işarələr
qoyulmasına baxmayaraq, 30 ildir
doğma yurdlarının həsrəti
ilə yaşayan azərbaycanlılar evlərini
görmək üçün azad edilmiş yurdlarına
gəlirlər. Yazıda bu günədək
minalardan 17 mülki
şəxsin, habelə iki azərbaycanlı
jurnalistin və bir zabitin mina qurbanı olduğu bildirilir.
Mədəniyyət.-
2021.- 23 iyul. S. 2.