“Mədəniyyət naminə sülh” qlobal
kampaniyası çərçivəsində onlayn
görüş
“Mədəniyyət
naminə sülh” (Peace4Culture) qlobal kampaniyası çərçivəsində
onlayn görüş keçirilib.
Görüşdə
Mədəniyyət Naziriliyinin Aparat rəhbəri Vasif Eyvazzadə,
Böyük Britaniyanın Koventri Universitetində Sülh,
Etimad və Sosial Münasibətlər İnstitutunun qurucusu və
rəhbəri professor Mayk Hardi, Avstraliyanın Mədəni
İnfuziya və Müxtəliflik Atlasının təsisçisi
Peter Musaferaidis, HOPE təşkilatının qurucusu Xavyer
Qonzalez, həmçinin digər şəxslər iştirak
edib.
V. Eyvazzadə “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının əsas hədəfləri, “Bakı Prosesi”, Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Qlobal Forumu mövzusunda danışdı. Qeyd etdi ki, Azərbaycan tərəfinin məqsədi regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, xalqlar və mədəniyyətlər arasında uğurlu dialoq və etimadın qurulması, birgə yaşamaq və bir-birinə hörmət mədəniyyətini daha da inkişaf etdirərək, milli və beynəlxalq səviyyəli davamlı tərəqqiyə nail olmaqdan ibarətdir.
Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlara geri dönəcək məcburi köçkünlərin yeni həyat şəraitinə uyğunlaşması, mədəniyyət və yaradıcılıq qabiliyyətlərinin artırılması, yaradıcı peşə və layihələrin inkişaf etdirilməsi yolunda fəaliyyət davam etdiriləcək.
Daha sonra HOPE təşkilatının rəhbəri təşkilatın missiya və vəzifələri barədə təqdimat etdi.
X. Qonzalez miqrant və qaçqınların təhsil, peşə vərdişlərinin formalaşdırılması haqda bir sıra vacib məsələlərdən və layihələrdən bəhs etdi.
Eyni zamanda Maykl Valmsley dini, mədəni və irsi müxtəliflik sahəsində qlobal məsələləri özündə birləşdirən qlobal müxtəliflik atlasının istiqamətləri barədə ətraflı məlumat verdi.
Professor Mayk Hardi son 8 ildə Azərbaycan tərəfin məsləhətçisi olduğunu vurğuladı. “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının, “Bakı Prosesi” eyni zamanda yuxarıda sadalanan bütün mühüm layihələrin uğurla davam etdiriləcəyini bildirdi.
Görüşün sonunda müzakirə olunan
təşəbbüs və layihələr istiqamətində
birgə yol xəritəsinin
hazırlanması barədə razılığa gəlindi.
Mədəniyyət.-
2021.- 23 iyul. S. 2.