“Dahi
ziyalımız Həsən bəy Zərdabi...”
Dövlət Tarix Arxivində mühafizə edilən sənədlər əsasında 22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş “Dahi ziyalımız Həsən bəy Zərdabi...” adlı virtual sərgi hazırlanıb.
Milli Arxiv İdarəsindən bildirilib ki, sərgidə
görkəmli ictimai xadim,
publisist, Azərbaycan dilində ilk qəzetin yaradıcısı, uzun illər Bakı şəhər
Dumasının üzvü olmuş Həsən bəy Zərdabinin ictimai sahədə fəaliyyətinə aid olan sənədlərdən
bir qismi nümayiş etdirilir.
Sözügedən sənədlərdə Həsən
bəy Zərdabinin azərbaycanlılar arasında təhsilin,
maarifçiliyin geniş
vüsət alması üçün həyata
keçirdiyi tədbirlər, ana dilində qəzetin nəşrinə icazə
verilməsi üçün dövrün hakimiyyət orqanlarına
müraciətləri, həmçinin Duma
üzvü kimi fəaliyyəti
və s. əks olunub.
Mədəniyyət.-
2021.- 23 iyul. S. 3.