Bir il ertələnən Kann festivalının qalibləri

 

Qızıl palma budağıFransada qalıb

 

Ötən il pandemiya səbəbindən təxirə salınan 74-cü Beynəlxalq Kann Film Festivalı təşkilatçılar tərəfindən alınan bir sıra ehtiyat tədbirlər fonunda, nəhayət, gerçəkləşdi.

 

Avropa dünya kinosunun nüfuzlu müsabiqəsinin baş mükafatı – “Qızıl palma budağıFransada qalıb. Mükafatı fransız rejissor Julia Dukornonun “Titan” filmi qazanıb. Xanım Dukorno festivalın tarixindəQızıl palma budağı”na layiq görülən ikinci qadın rejissordur.

 

Finlandiyalı rejissor Yuxo Kuosmanenin “6 nömrəli kupe iranlı rejissor Əsgər FərhadininQəhrəmanfilmləri Qran-pri mükafatına (“Gümüş palma budağı”) layiq görülüb.

 

Y.Kuosmane filmi rusiyalı kinematoqrafçılarla birgə ərsəyə gətirib. Filmin rusiyalı prodüseri Sergey Selyanov, baş kişi rol ifaçısı Yura Borisovdur.

 

Leos Karaks “Annett” filminə görə ən yaxşı rejissor seçilib. Festivalın ulduz aktyorlar filmi sayılanAnnett”də tanınmış simalar Adam Drayver Marion Kotiyyar rol alıb.  Yaponiyalı Rusuke Xamaquti Takamasa Oe məşhur həmvətənləri Haruka Murakaminin hekayəsi əsasında ekranlaşdırılanMənim maşınımın sükanı arxasına keçfilminə görə ən yaxşı ssenarist seçiliblər.

 

Fərdi mükafatlar kateqoriyasında amerikalı aktyor Kaleb Lendri Cons (“Nitram”) Norveç əsilli aktrisa Renat Reinsve (“Dünyada ən pis adam”) təltif olunublar. Festivalın debüt müsabiqəsində xorvatiyalı rejissor Antonet Kusiyanoviç (“Murina”) mükafatlandırılıb. Münsiflər heyətinin mükafatına isə tailandlı rejissor Apitçatponu Virasetakulu (“Yaddaş”) israilli Nadav Lapid (“Ahedin dizi”) layiq görülüblər.

 

FestivalınXüsusi baxışmüəllif filmləri kateqoriyasında rusiyalı rejissor Kira KovalenkoYumruqları açarkənfilminə görə mükafata sahib olub. Ekran əsəri Nalçik şəhərindən olan 31 yaşlı rejissorun karyerasında ikinci tammetrajlı filmidir.

 

Qeyd edək ki, iyulun 7-dən 16-dək davam edən 74-cü Kann Film Festivalının münsiflər heyətinə amerikalı aktyor Spike Li sədrlik edib.

 

LALƏ

Mədəniyyət.- 2021.- 23 iyul. S. 8.