Türkiyənin
Dünya İrsi Siyahısında 19-cu abidəsi
Türkiyənin
Malatya vilayətinin Battalqazi bölgəsindəki Arslantəpə
kurqanı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Bu barədə qərar UNESCO-nun Dünya İrs Komitəsinin
Çin Xalq Respublikasının Fuçjou (Fuzhou) şəhərində
keçirilən 44-cü sessiyasında qəbul olunub.
Arslantəpə
kurqanı Türkiyənin Dünya İrsi Siyahısında
yer alan sayca 19-cu mədəniyyət abidəsidir.
Türkiyənin
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata
görə, Arslantəpə kurqanı bizim eradan əvvəl
Şərqi Anadolu və Mesopotamiya cəmiyyətlərində
dövlətin formalaşma prosesinə şahidlik etmiş abidədir.
Eyni zamanda Yaxın Şərqdə ilk dövlətlərin,
bölgə iqtisadiyyatına nəzarət edən mərkəzləşmiş
hökumətin ortaya çıxması kimi bir çox məqamların
tarixi izlərini yaşadan abidə bu dəyərlərə
görə UNESCO-nun Dünya İrsi Siyahısına
salınıb.
Qeyd
edək ki, UNESCO-nun Dünya İrs Komitəsinin 44-cü
sessiyası onlayn formatda keçirilir.
Mədəniyyət.-
2021.- 28 iyul. S. 1.