Azərbaycan
simfonik musiqisi SONY-nin təqdimatında
Dünya
şöhrətli SONY leyblı Avropanın tanınmış
musiqi kollektivlərindən olan Liepaya Simfonik Orkestrinin (LSO)
ifasında Azərbaycan simfonik musiqisinin incilərindən ibarət
disk buraxacaq.
Azərbaycan
klassik musiqisinə önəmli töhfə olan disk
tanınmış dirijor, Xalq artisti Yalçın
Adıgözəlovun idarəsi ilə orkestrin ifasında
yazılıb. Diskdə Niyazinin “Rast”, Vasif Adıgözəlovun
“Segah” simfonik muğamları, V.Adıgözəlovun və
T.Elçinin “Qarabağ şikəstəsi” oratoriyası yer
alıb. Diskin üz qabığının tərtibatı Azərbaycanın
məşhur rəssamı Toğrul Nərimanbəyovun əsəri
əsasında hazırlanıb. Diskdəki əsərlərin
digər ifaçıları xanəndə Mənsum
İbrahimov, tarzən Elçin Həşimov və
kamançaçı Elnur Əhmədovdur (“Qarabağ”
triosu).
Azərbaycan
simfonik xəzinəsi incilərinin dünya səviyyəli səsyazma
şirkəti tərəfindən disk şəklində
buraxılması mədəniyyətimiz adına əlamətdar
hadisədir.
Mədəniyyət.-
2021.- 28 iyul. S. 1.