Niderland
portalında Azərbaycan mətbəxi haqqında məqalə
Niderland
Krallığının https://www.smaack.nl/ portalında “Azərbaycanın
kulinariya mədəniyyətinin xüsusi ənənələri”
sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə
Bakıda anadan olmuş, amma yeniyetmə dövründən
Niderlandda yaşayan soydaşımız Əsmər Bəydəmirova-Aşurbəylinin
milli mətbəximizin qədim ənənələri və
yemək mədəniyyəti haqqında fikirlərinə
geniş yer verilib. O, milli mətbəx və Azərbaycan adət-ənənələri
haqqında məlumatları təsis etdiyi https://chinar.eu/
saytında da bölüşdüyünü nəzərə
çatdırıb. Müəllif oxucuları sayta daxil
olmaqla, Azərbaycan mətbəxinin ənənələri ilə
yaxından tanış olmağa çağırıb.
Mədəniyyət.-
2021.- 28 iyul. S. 8.