Mən neft tapdım...

 

Fərman Salmanova həsr olunan sənədli film ilin sonunadək təhvil veriləcək

 

 

 

Mədəniyyət NazirliyininSalnaməfilmstudiyası “Caspian Media Group”un istehsalı olanMən neft tapdımSalmanovbioqrafik sənədli filminin çəkilişləri davam edir.

RusiyanınSurqutneftqazşirkətinin iştirakı ilə reallaşan film dünyanın məşhur neftçi-geoloqu, Azərbaycan xalqının ləyaqətli oğlu, Sosialist Əməyi Qəhrəmanı, Tümen neftini ilk kəşf edənlərdən biri Fərman Salmanovun 90 illik yubileyinə həsr olunur.

Filmin müəllifi Hüseyn Cavadzadə, operatoru Rauf Qurbanəliyev, ssenari müəllifi isə Ramiz Fətəliyevdir.

 

Çəkilişlər Bakıda, Fərman Salmanovun doğulduğu Şəmkirdə, Rusiyanın Moskva, Surqut, Neftyuqansk şəhərlərində aparılır. Filmin Bakı, Şəmkir çəkilişləri artıq başa çatıb, hazırda pandemiya şəraiti ilə əlaqədar Rusiya çəkilişlərinə görə filmin təhvilvermə müddəti uzadılıb. Filmdə Milli Arxiv İdarəsinin kino-foto sənədləri, həmçinin Rusiya arxivlərinin kinomateriallarından istifadə olunması da planlaşdırılır.

Fərman Salmanovun filmdəki obrazını geoloqun nəvəsi Fərman Salmanov canlandıracaq.

 

Layihənin ilin sonuna qədər ekranlaşdırılması yerli kanallarla yanaşı, Rusiya telekanallarında da nümayiş etdirilməsi gözlənilir. Layihənin təşkilati informasiya dəstəyiniRossotrudniçestvo” (Rusiyanın xaricdə yaşayan soydaşlar beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentliyi) Biznes Dialoq Media şirkəti verir.

 

 

Mədəniyyət.- 2021.- 30 iyul.- S.3.