“Nizami və vətənpərvərlik”
Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə filialının birgə təşkilatçılığı ilə “Nizami və vətənpərvərlik” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsinə ehtiram olaraq F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası muğam üçlüyünün ifasında “Xudayar təsnifi” təqdim olunub. Təsnifi Gəncə şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin səs-muğam sinfinin müəllimi, filarmoniyanın solisti Xəyal Əliyev, tar ifaçısı Coşqun Süleymanov, kamança ifaçısı Ayxan Məmişov səsləndiriblər.
Daha sonra tədbirdə çıxış edən Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Prezident İlham Əliyev tərəfindən dahi şair və mütəfəkkirin 880 illiyi münasibətilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunduğunu diqqətə çatdırıb. Bildirib ki, regional idarənin təşəbbüsü və təşkilatçılığı ilə əlamətdar il çərçivəsində ənənəvi və onlayn tədbirlər keçirilib. Regional idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində ilin sonunadək “Nizami ili” ilə bağlı müxtəlif tədbirlər təşkil olunacaq.
Tədbir Gəncə filarmoniyası muğam üçlüyünün
Nizamiyə həsr etdiyi musiqi
nömrəsi ilə başa
çatıb.
Mədəniyyət.- 2021.- 30 iyul.-
S.4.