“Fokusdan kənar”
Ekoloji problemlər fotoqrafların
baxışında
İçərişəhərdəki Bakı Fotoqrafiya Evində “Fokusdan kənar” adlı fotosərgi açılıb. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “F3.7 Union” Fotoqrafların Yaradıcı Birliyinin təşkilatçılığı ilə ərsəyə gəlib.
“F3.7 Union” Fotoqrafların Yaradıcı Birliyinin sədri Şərəf Nağıyeva sərginin əhəmiyyəti haqqında danışıb. Bildirib ki, sərgi vasitəsilə diqqətdən kənarda qalan ekoloji problemləri çatdırmağa çalışıblar: “Sərginin adının “Fokusdan kənar” olması sözügedən niyyətimizdən xəbər verir. Bu işdə bizə 10 fotoqraf kömək edib. Biz ekoloji problemləri onların baxış bucağından göstəririk”.
Sonra tədbir iştirakçıları nümayiş olunan fotolarla tanış olublar.
İki həftə ərzində
davam edəcək sərgi çərçivəsində
avqustun 1-də alman kinorejissoru Vim Vendersin “Yerin ulduzu” filmi də nümayiş olunacaq. Həmçinin
daha iki tədbirin
keçirilməsi planlaşdırılıb. Onlardan
biri fotoqrafların iştirakı ilə baş tutacaq, digəri isə
“Femiscop” platformasının “EcoFeminist Fest” layihəsinə
həsr ediləcək.
Mədəniyyət.- 2021.- 30 iyul.-
S.2.