Milli Məclisin Mədəniyyət komitəsində məşhur fotojurnalist soydaşımızla görüş

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan əsilli məşhur fotojurnalist, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) fotoqrafı, Fransa vətəndaşı Rza Diqqəti (Reza Deqati) ilə görüşüb, onu doğum günü münasibətilə təbrik edib.

 

R.Diqqətinin istər 90-cı illərdə, istərsə 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni vandalizminin fotofaktlarla ifşa edilməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması sahəsində xidmətlərini minnətdarlıqla vurğulayan Q.Paşayeva deyib: Siz dünyanın harasında yaşayıb, çalışsanız da doğma Azərbaycana bağlılığınızı bir an belə unutmamış, necə deyərlər, Azərbaycanla nəfəs almısınız. 1991-ci ildən etibarən Milli Coğrafiya Cəmiyyəti ilə əməkdaşlığa başlamısınızbir çox layihələri həyata keçirmisiniz. Çəkdiyiniz şəkillər 25 jurnalın üz qabığı olub... Bütün bu və bənzəri çalışmalarınız içində, əlbəttə, doğma Azərbaycanda baş verən hadisələrə - özəlliklə, Qarabağın işğalına biganə qalmamış, çoxsaylı yaddaqalan fotolarınızla Ermənistanın vandalizm aktlarını dünyaya nümayiş etdirmisiniz”.

 

Qənirə Paşayeva sənətkara Qarabağ motivli xatirə hədiyyəsi və Milli Məclisin Mədəniyyət komitəsinin təşəkkür məktubunu təqdim edib.

 

Görüşdə sənətkarın bacısı, “Banumoda evinin modelyer-dizayneri Pəriçöhrə Diqqəti və “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak ediblər.

 

R.Diqqəti səmimi görüş üçün komitə sədrinə təşəkkür edib.

 

 

Mədəniyyət.- 2021.- 30 iyul.- S.4.