BXA-da
Respublika Günü münasibətilə konsert
proqramı
Bakı
Xoreoqrafiya Akademiyasında
(BXA) 28 May – Respublika Gününə
həsr olunmuş konsert proqramı keçirilib.
Tədbir Azərbaycan Respublikasının
Dövlət Himninin səsləndirilməsi ilə
başlayıb. Sonra BXA tələbələrinin ifasında rəqs parçaları ifa olunub.
BXA-nın tədris
işləri üzrə
prorektoru, rektor vəzifəsini müvəqqəti
icra edən Əziz Qarayusifli çıxış edərək
hər kəsi Respublika Günü münasibətilə təbrik
edib, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb.
Qeyd olunub ki, 1918-ci il mayın
28-də elan olunmuş
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman
Şərqində ilk parlamentli
respublika və demokratik dövlət nümunəsidir. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası
özünü 1918-1920-ci illərdə
mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan edib
və dövlət müstəqilliyimiz bərpa
olunub.
Sonda Ə.Qarayusifli Şuşa
şəhərində keçirilən
“Xarıbülbül” musiqi
festivalında iştirak
etmiş BXA-nın müəllim və tələblərinə fəxri
diplomlar təqdim edib.
Tədbir BXA müəllim və tələblərinin ifasında
SSRİ Xalq artisti Müslüm Maqomayevin “Azərbaycan” mahnısının
səslənməsi ilə
yekunlaşıb.
Mədəniyyət.- 2021.- 2 iyun.- S.5.