Ukraynanın Dnepr şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi açılıb

 

Ukraynanın Dnepr şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimi keçirilib.

 

Mərkəz Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstəyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayəti təşkilatının təşkilatçılığı ilə Dnepr Texniki Milli Universitetində yaradılıb.

 

Mərasimdə çıxış edən ölkəmizin Ukraynadakı səfiri Elmira Axundova bildirib ki, mərkəzin fəaliyyəti Azərbaycan və Ukraynanın siyasi və mədəni əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Mərkəzin açılmasında göstərdiyi dəstəyə görə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayətinin sədri Nəcəf Əhmədov və universitetin rəhbərliyinə təşəkkürünü bildirən səfir qeyd edib ki, mərkəzin fəaliyyəti Azərbaycan haqqında reallıqların təbliği üçün gözəl platformadır.

 

Səfir mərkəzə Şuşa xalçası və Bakı neftinə aid şəkil kompozisiyasını hədiyyə edib.

 

Dnepr Texniki Milli Universitetinin rektoru Gennadi Pivnyak çıxışında qeyd edib ki, universitetin Azərbaycan diaspor üzvləri ilə fəal əməkdaşlığı mövcuddurali təhsil ocağında Azərbaycan Mədəniyyət Mərkəzinin açılması bu əməkdaşlığın nəticəsidir. Mərkəzdə Ukraynaxarici tələbələrə Azərbaycan dili tədris olunacaq.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədov, Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov, BUAK-ın sədri Rövşən Tağıyev və digər çıxışçılar mərkəzin əhəmiyyətindən danışaraq səfirliyə təşəkkürlərini bildiriblər.

 

Tədbir bədii hissə ilə davam edib.

 

 

Mədəniyyət.- 2021.- 2 iyun.- S.3.