Ukraynanın türk əsilli
Kobzarı
Tokmak şəhərindən 1212-ci ildə ölən bir qopuzçu ozanın məzarı tapılmışdır. Sinə daşına Suriya əlifbası ilə yazılıb: “Bu qəbir Kobzar Menqu Taşındır”. Menqu Taş nestorian türk idi. Nestorianlıq yarı xristian, yarı yəhudi məzhəbində olan bir təriqətdir.
Kobzar qopuzçu ər deməkdir. Kobzarlar çaldıqları qopuzun sədaları altında mahnılar oxuyar, dastanlar danışardılar. Kobzar və qopuz sözlərinin kökündə türk dillərindəki “qu” sözü durur. Türklərin və ukraynalıların əcdadları göylərdən gələn sehrli səslərə qu deyirdilər. Buna uyğun olaraq Azərbaycan dilində “qu desən, qulaq tutular” deyimi vardır.
Mahmud Kaşğari yazır ki, oğuzlar saza, Abakan tatarları kamançaya bənzəyən musiqi alətinə qopuz deyirlər.
Sevçenko soyadının kökündəki “sebçi” də türk sözüdür. Ukraynada ruslardan qabaq yaşayan Dnepr kazakları, uzlar, peçeneqlər, berendeylər yalnız şairlərə yox, həm də peyğəmbərlərə sebçi deyirdilər. Çünki onlar Tanrının sebini, yəni sözünü insanlara çatdırırdılar. Sebçi eyni zamanda cadugərlərə, falçılara deyilirdi. Tanınmış qazax alimi Çokan Vəlixanov yazır ki, qazaxlar ulduzlara baxıb taledən xəbər verən falçıları sebçi adlandırırdılar.
Ukraynalıların slavyanlaşana qədərki adı xaxol da türk sözüdür. Dnepr, Dnestr kazakları saçlarının kənarlarını qırxar, ortasının tükünü uzadıb saç kimi hörərdilər. Həmin hörük axaxol adlanırdı. Azərbaycan dilindəki kəkil sözü xaxol etnik adının azca dəyişilmiş formasıdır.
Ləqəbi xaxol olan türklərin bir oymağı islamiyyətdən əvvəl Güney Qafqazda yurd salmışdı. Albaniya ilə İveriya arasında Xaxol və Xatun monastırlarının varlığı da fikrimizi təsdiq edir.
Şevçenkonun Taras adı da türkcədir.
Türk dillərinin tarixi leksikasında ona Taras, Talas, Taraz
və Tiras formalarında rast gəlirik.
Göytürklərin Ongin abidəsində belə bir cümlə var: “Moçjo deyir ki, o, Al Taras Kavan elində
doğulmuşdur”. El tayfa ittifaqıdır.
Ancaq hər tayfa ittifaqına türk dillərində el deyilmirdi.
Elə hərbi-siyasi birliklərə
el, elat deyilirdi ki, onun etnik
qrupları oturaq əhalidən deyil, köçəri tərəkəmə
oymaqlardan ibarət olsun. Ongin abidəsindəki yazı göstərir ki, Al Taras tərəkəmə
icması VIII əsrdə
Kavan elinin tərkibində olmuşdur.
VIII-XI əsrlərin ərəb
tarixçiləri türkləri
həm də Tiras adlandırırlar. Tiras adlı
türk tayfalarından
biri IX-X əsrlərdə
Xəzər xaqanlığının
ərazisində yurd salmışdılar. Bundan qabaq
onlar bulqarların arasında yaşayırdılar.
Xəzər xaqanı İosifin
Kordova xəlifəsinin
vəziri Xasday ibn-Şafruta məktubunda tirasların adı t-r-s hərfləri ilə yazıya alınmışdır.
Ona görə də bəzi mətnşünaslar
onu Taras, bəziləri Tiras kimi oxuyurlar. Taras türklərinin
ayrı-ayrı qolları
Ukraynadan əlavə Qazaxıstanda və Qırğızıstanda da
yaşayırdı. IV əsrdə
Qazaxıstanda Taras adlı şəhər var idi.
Mahmud Kaşğarinin divanında
Taras şəhərinin
adı Taraz formasındadır. Bundan başqa,
Talas vadisinin adı da bəzi
mənbələrdə Taraz
şəklində yazıya
alınmışdır.
Ukraynadakı Dnestr çayı
Qazaxıstandakı Taras şəhəri
salınandan – IV əsrdən
çox qabaq Tiras adlanırdı. Herodot yazır ki, kimerlər döyüşdə
ölən yoldaşlarını
Tiras çayı sahilində torpağa tapşırıb, Kiçik
Asiyaya köçdülər.
Bibliyanın birinci kitabının beşinci fəslində verilən məlumata görə Tiras Kimerin oğlu, Yafəsin nəvəsidir. Başqa bir
yevrey əfsanəsinə
görə, Tiras Yafəs və Toqarma nəslindən olub, xəzərlərin əcdadlarından biridir.
Moiseyin Tövratında isə Tiras Yafəsin oğludur. Bessarabiyada Dnestr çayı
boyundakı Tiraspol şəhərini
(indiki Moldova ərazisi)
onlar salıblar.
Tiraspol Tiras şəhərinin
yunanca adıdır.
Yunan dilində “pol”, “polis” şəhər, yaşayış
məskəni deməkdir.
Kimerlər Kiçik Asiyaya köçəndən sonra
Tiras xalqının bir hissəsi Albaniyada yurd saldı. Musa Kaqan Katuklu yazır ki, Tiraz xalqının
patriarxı 488-ci ildə
keçirilən Alban kilsə
məclisində iştirak
etdi və öz qəbiləsi adından məclisin qərarını imzaladı.
Mətndəki “öz qəbiləsi
adından” deyiminə
diqqət yetirək.
Tiras xalqının bir hissəsi xristian dinini qəbul etmiş, albanlarla qaynayıb-qarışmışdır. Tirasların başqa bir xristian icması Şərqi Anadoluda Tirasxan şəhərini salmışdır. Ermənilər həmin şəhərin
adını öz məqsədlərinə uyğun
olaraq Drasxanakert yazırlar. Xan erməni sözüdürmü?
Tirasxanların xristian qanadının nəslinin VI əsrdə Uvan adlı tarixçisi olmuşdur. Ermənilər onu İovannes Drasxanakertsi adlandırırlar.
Tiras da, uvan da
teonim mənşəli
türk etnik adlarıdır.
Tirasların ən döyüşkən alpları cənuba doğru hərəkət edərək Finikiyanı tutdular. Aralıq dənizində donanma yaratdılar. Ancaq illər keçəndən sonra özlərindən dəfələrlə çox olan samilərə məğlub oldular. Aramey, ivri salnamələrində onlar Finikiyanın kölə kastası kimi xatırlanırlar.
Amerika alimi Gene D.Matlock yazır ki, onlar kölə olsalar da, ağalar kimi yaşayırdılar. Çünki atdan düşsələr də, qılıncı qına qoymamışdılar. Öz silahları ilə özlərindən güclülərin xidmətində olub, hərbi qənimətdən pay alırdılar.
Bibliyada bildirilir ki, Tiras dörd böyük Yafəs xalqından biridir. Onlar şimal
torpaqlarından köçüb
gələrək Finikiyanı
tutmuş, çar Solomonun zamanında eradan əvvəl 950-ci ildə Siciliya, Korsika, Sardiniya adalarına köçüb
getmişlər.
Taras Şevçenkonun
əcdadları Qafqazda,
Ön Asiyada, Aralıq dənizi adalarında yad xalqlar arasında əriyib itdilər. Öz tarixi vətənlərində
Dnepr və Dnestr çayları arasında
rus işğalına
qədər, qismən
də olsa, öz etnik kimliklərini
qoruyub saxlaya bildilər.
Əgər Taras Şevçenkonun
şeir dilinin 60 faizi türk sözlərindən ibarət
idisə, deməli, Ukraynanın Kobzar titullu saz və
söz sahibləri rus işğalına qədər tam assimilyasiya
olunmamışdı.
Kumuk əsilli alim Murad Adcı yazır ki, Taras Şevçenkonun
dilinin türk dili, ruhunun türk
ruhu olduğunu bildiklərinə görə
onun kitablarının
Rusiyada çap olunmasına imkan vermirdilər.
Biz AMEA Nəsimi adına
Dilçilik İnstitutunda
ukraynalı Kobzarın
şeirlərinin dilini
türkoloji tədqiqatın
obyektinə çevirməliyik.
Ədəbiyyat İnstitutunda obrazlarının
türk xarakterini öyrənməliyik. Tarix İnstitutunda
Ukrayna–Azərbaycan etnogenetik
bağlarını aşkara
çıxarmalıyıq. Coğrafiya İnstitutunda toponimik xəritələrini hazırlamalıyıq.
Əlyazmalar İnstitutunun
xətti ilə əsərlərinin ilkin nüsxələrinin surətini
əldə etməliyik...
İlhami CƏFƏRSOY
filologiya üzrə elmlər
doktoru
Mədəniyyət.- 2021.- 2 iyun.- S.6.