İtaliyada üçüncü
Azərbaycan Film Festivalı
başa çatıb
Roma şəhərində, dahi
Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin də ucaldığı “Villa Borghese” parkındakı məşhur
“Casa del Cinema” kino evində
mayın 27-dən başlayan
üçüncü Azərbaycan
Film Festivalı başa
çatıb.
Heydər
Əliyev Fondu, Azərbaycanın İtaliyadakı
Səfirliyi, Mədəniyyət
Nazirliyi, Roma Meriyası,
“Casa del Cinema”, “Zetema”, “RAİ Cinema” kimi qurumların təşkilatçılığı ilə keçirilən
festival Respublika Günü
– Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
103-cü ildönümünə həsr edilib. Festivalın media tərəfdaşları
İtaliyanın “Askanews”,
“Agenzia Nova” xəbər
agentlikləri, “İnsideOver”
portalı, “AzerbaijanNews”
portalı, AZƏRTAC və
AzTV olub.
Üç gün davam edən festivalın açılışında Arzu
Əliyevanın baş
prodüseri olduğu,
Bakı Media Mərkəzi
tərəfindən lentə
alınmış, Azərbaycan
Xalq Cümhuriyyətinin
süqut etdiyi günlərə işıq
salan “Son iclas” sənədli-bədii filmi
göstərilib. İkinci
gün Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi
tərəfindən hazırlanmış,
Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə
Paris Sülh Konfransına
ezam etdiyi nümayəndə heyətinin
taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli
filmi (baş prodüser Arzu Əliyeva) təqdim edilib. Həmçinin Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri olduğu “Əli və Nino” bədii filmi nümayiş olunub.
Festivalın sonuncu günü “Qırmızı bağ”,
“Axınla aşağı”
və “Təhminə”
bədii filmləri nümayiş etdirilib.
İtaliyada COVİD-19 ilə bağlı qüvvədə olan qaydalara uyğun şəkildə təşkil edilmiş festival, 2017 və
2019-cu illərdə müvafiq olaraq birinci və ikinci buraxılışlarındakı kimi, bu dəfə də italyan tamaşaçıların
marağına səbəb olub. İtaliya mətbuatı tədbirə geniş diqqət ayırıb. “Il Messaggero”, “Askanews”, “Il Sole 24 Ore”,
“Il Tempo”, “Affari İtaliani”, “Libero Quotidiano”, “Notizie Tiscali”,
“İtaly24News” və sair kimi
informasiya vasitələrində, “Casa del Cinema”,
“Turismo Roma”, “Culture Roma” kimi
Romanın mədəni həyatını əks etdirən portallarda, eləcə də kino
sektorundan yazan bloqlarda festivalla
bağlı 40-dan çox yazı və videoreportaj yayılıb.
Mədəniyyət.- 2021.- 2 iyun.- S.8.