Türk şairi
Əhməd Rıdvanın yaradıcılığına Nizami məktəbinin təsiri
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə tədbirlər planı çərçivəsində iyunun 2-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Türk şairi Əhməd Rıdvanın yaradıcılığına Nizami ədəbi məktəbinin təsiri” mövzusunda seminar keçirilib.
İnstitutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov “Nizami Gəncəvi İli”ndə Şərqşünaslıq İnstitutunda həyata keçirilən tədbirlərdən danışıb.
Şöbənin elmi işçisi Aygün Yusubova “Türk şairi Əhməd Rıdvanın yaradıcılığına Nizami ədəbi məktəbinin təsiri” mövzusunda məruzə ilə çıxış edib. Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri ilə ilk dəfə Yaxın Şərqdə romantik poemanın əsasını qoyduğunu deyən məruzəçi bildirib ki, müxtəlif dillərə tərcümə olunmuş əsərə türk şairləri dəfələrlə müraciət ediblər. Onlardan biri də XVI əsr türk şairi Əhməd Rıdvandır. A.Yusubova şairin Nizami əsərlərinə yazdığı nəzirələrdən söhbət açıb, onun yaradıcılığına Nizami ədəbi məktəbinin təsirinin xüsusiyyətlərindən bəhs edib.
Sonra məruzə ətrafında müzakirə aparılıb.
Mədəniyyət.- 2021.- 4 iyun.-
S.6.