Azərbaycan Milli Kitabxanası ilə İran Milli KitabxanaArxivi arasında memorandum imzalanıb

 

İyunun 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə İran İslam Respublikasının Milli KitabxanaArxivi arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimi onlayn formatda keçirilib. Memorandumu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovİran Milli KitabxanaArxivinin müdiri Əşrəf Boroujerdi imzalayıblar.

 

Professor Kərim Tahirov çıxış edərək Milli Kitabxana ilə İran Milli KitabxanaArxivi arasında 2000-ci illərin əvvəllərində qurulan əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, memorandum bu əlaqələrin daha da möhkəmlənməsinə səbəb olacaq: “Hər iki ölkənin qədim tarixi, ortaq mədəni dəyərləri var. Biz İran İslam Respublikasının Milli Kitabxanası ilə bir sıra beynəlxalq miqyaslı layihələrdə və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik. Bir həftədən sonra bu təşkilatın növbəti konfransında onlayn iştirak edəcəyik”.

 

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi çıxışında qeyd edib ki, hər iki ölkənin iqtisadi, siyasi sahədə inkişaf edən yaxınlığı mədəniyyət sahəsində də imzalanan bu memorandumdan sonra daha da möhkəmlənəcək. “İran dünyanın ən zəngin kitab bazarlarından birinə malikdir və hər il keçirilən beynəlxalq kitab sərgiləri buna əyani sübutdur. Bildirmək istəyirəm ki, bu il Azərbaycanda Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İlielan olunması və hər iki ölkənin kitabxana sahəsində Nizami Gəncəvi əlyazmalarının mübadiləsi bu əməkdaşlığın ilkin göstəricisi olacaqdır”, – deyə səfir bildirib.

 

Diplomat əlavə edib ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşərkən İran kitabxanalarında saxlanılan qədim əlyazma nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsi barədə razılığa gəlinib. Bildirib ki, İran Mərkəzi Kitabxanası köhnə nəşrlərin bərpasında böyük təcrübəyə malikdirbu sahədə də əməkdaşlıq edə bilər.

 

İranın Milli KitabxanaArxivinin müdiri Əşrəf Boroujerdi çıxış edərək bildirib ki, imzalanan əməkdaşlıq müqaviləsi hər iki ölkə arasında qarşılıqlı fikir mübadiləsinin yaranmasına, əməkdaşlığın genişlənməsinə səbəb olacaq. Bu əməkdaşlıq müqaviləsindən daha çox iki ölkə Milli kitabxanalarının gənc oxucuları, alimləri, ziyalıları faydalanacaqyaranan fürsətdən bəhrələnəcəklər.

 

İran Mərkəzi Kitabxanasında “Xalqlar salonunun olduğunu deyən Əşrəf Boroujerdi bildirib ki, həmin salonda müxtəlif ölkələrin tarixi, mədəniyyəti ilə bağlı nəşrlər təqdim olunur. Ə.Boroujerdi bu guşədə Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə dair materialların nümayiş olunacağı bölmənin yaradılacağını da bildirib. Ə.Boroujerdi, həmçinin qeyd edib ki, İran Mərkəzi Kitabxanasında Nizami Gəncəvinin 192 əlyazması, 1 daş kitabəsi və UNESCO-da qeydə alınan “Xəmsə”nin ən qədim nüsxəsi saxlanılır: “Azərbaycanda “Nizami Gəncəvi İli” çərçivəsində bu sahədə də əməkdaşlığımızı genişləndirə bilərik”.

 

Kərim Tahirov Əşrəf Boroujerdiyə təşəkkür edərək diqqətə çatdırıb ki, Azərbaycan Milli Kitabxanasında da “Beynəlxalq əməkdaşlıq zalı” var. Bu zalda 14 ölkənin tarixinə, mədəniyyətinə dair ədəbiyyatlar nümayiş olunur. “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin irsi ilə bağlı Tehranda saxlanılan ən qədim əlyazma nüsxələrin digital variantının Azərbaycan Milli Kitabxanasına verilməsi böyük təqdirəlayiq addım olacaq.

 

Vurğulanıb ki, Azərbaycan Milli Kitabxanası dünyanın 48 ölkəsində saxlanılan 100-dən artıq Nizami əlyazmalarının digital nüsxələrini artıq əldə edib və payızda Bakıda onların sərgisi keçiriləcək.

 

Sonra səfir Seyid Abbas Musəvi və digər qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olublar.

 

 

Mədəniyyət.- 2021.- 9 iyun.- S.1;2.