Dahi şair qəhrəmanlarının əhatəsində

 

 

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli ucaldılacaq. Şəhərin mərkəzində,  Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat bağında qurulacaq heykəl kompozisiyasının eskizi hazırlanıb.

 

Bu barədə heykəlin müəllifi, Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, kompozisiyada Nizami Gəncəvinin abidəsi və yanında müəllifi olduğu “Xəmsə”yə aid əsərlərin qəhrəmanları təsvir olunacaq. “Xəmsə” qəhrəmanlarından ibarət kompozisiya dairəvi şəkildə olacaq, yuxarıdan baxanda isə səkkizguşəli ulduz formasında görünəcək.

 

Nizami Gəncəvinin bürüncdən olan heykəlinin hündürlüyü 2 metr, “Xəmsə” qəhrəmanlarından ibarət kompozisiyanın hündürlüyü 3-3,5 metr olacaq.

 

Xatırladaq ki, layihə ilə bağlı may ayında Azərbaycanın Ukraynadakı Səfirliyi ilə Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb.

 

Mədəniyyət.- 2021.- 9 iyun.- S.1.