Akademik Ramiz Məmmədov
vəfat edib
Görkəmli coğrafiyaçı-alim, Dövlət mükafatı
laureatı, Azərbaycan
Coğrafiya Cəmiyyətinin
prezidenti, AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov iyunun 7-də,
ömrünün 72-ci ilində
vəfat edib.
Ramiz
Mahmud oğlu Məmmədov
1950-ci il fevralın 4-də Gürcüstanın
Qardabani rayonunun Qaracalar kəndində anadan olub. 1972-ci
ildə Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) Fizika fakültəsini bitirib. 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində
elmi fəaliyyətə
başlayıb.
1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat
Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının
müdiri vəzifəsində
işləyib. 1985-ci ildən
Azərbaycan SSR EA Geologiya,
1989-cu ildən Coğrafiya
İnstitutunda müxtəlif
vəzifələrdə çalışıb.
2012-ci ildən Coğrafiya İnstitutunun direktoru idi. 2001-ci ildə coğrafiya
ixtisası üzrə
AMEA-nın müxbir üzvü, 2014-cü ildə
isə AMEA-nın həqiqi üzvü seçilmişdi.
R.Məmmədovun rəhbərliyi altında
15 fəlsəfə, 4 elmlər
doktoru hazırlanıb. Tanınmış alimin xatirəsi onu tanıyanların qəlbində yaşayacaq.
Ramiz Məmmədov
iyunun 7-də II Fəxri
xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2021.- 9 iyun.-
S.6.