Filosof Yadigar Türkel
həyatdan köçdü
Tanınmış alim, fəlsəfə elmləri doktoru Yadigar Türkel iyunun 6-da, 70 yaşında
vəfat edib.
Yadigar Türkel
1951-ci aprelin 28-də Biləsuvar
rayonunun Bəydili kəndində doğulub. 1976-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
1993-cü ildə “Ekoloji
mədəniyyətin formalaşmasının
sosial-fəlsəfi və
tibbi aspektləri” mövzusunda namizədlik,
2005-ci ildə “İnsan,
təbiət və cəmiyyət münasibətləri
(Biososial və fəlsəfi aspektlər)”
mövzusunda doktorluq dissertasiyalarını müdafiə
edib. 1999-cu ildən AMEA-nın Milli Münasibətlər İnstitutunda,
2003-cü ildən Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda aparıcı elmi işçi olub.
“İnsan, təbiət və cəmiyyət”, “Dünyanın mahiyyəti
və dərki haqqında”, “Nizami Gəncəvinin siyasi və dini-ideoloji baxışları” və
s. kitabların müəllifidir.
Məhəmməd Əmin Rəsulzadənin
“Azərbaycan şairi
Nizami” və “Milli birlik” kitablarının
yeni nəşrlərinin
(2008, 2009) tərtibçisi və redaktoru olub.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2021.- 9 iyun.-
S.6.