Nizami Gəncəvi və Atabəylər dövləti

 

 

Milli Azərbaycan Tarixi Muzeyində sərgi hazırlanır

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi açılacaq. Muzeydən bildirilib ki, sərginin hazırlıq işləri tamamlanmaq üzrədir. Sərginin məqsədi dahi Nizami Gəncəvinin və onun yaşadığı dövlətin həyatını tarixi eksponatlar vasitəsilə nümayiş etdirməkdir.

 

Layihənin kuratoru, muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Səbuhi Əhmədov bildirib ki, sərgidə nümayiş olunmaq üçün 250 eksponat seçilib. Muzeyin Arxeologiya, Etnoqrafiya, Numizmatika və digər fondlarından istifadə edilib.

 

XII–XIII əsrin əvvəllərinə aid olan eksponatlar Azərbaycanın əsasən Gəncə, Beyləqan, Bərdə, Mingəçevir, Şabran, Naxçıvan şəhərlərində aşkar edilib. Bəzi eksponatlar ziyarətçilərə ilk dəfə təqdim olunacaq. Bu baxımdan Mirzə Məhəmməd Axundovun 1909-cu ildə Gəncədə nəşr olunmuşŞeyx Nizami. Tərcümeyi-halı” kitabçası xüsusi maraq doğurur.

 

Xatırladaq ki, ölkəmizdə “Nizami Gəncəvi İlielan edilən 2021-ci ildə, həmçinin Azərbaycan dövlətçiliyinin inkişafında böyük rol oynamış Atabəylər dövlətinin yaranmasının 885 yaşı tamam olur.

 

 

Mədəniyyət.- 2021.- 9 iyun.- S.1.