Vaqif Səmədoğlunun xatirəsinə həsr edilmiş videoçarx

 

 

Respublika Gənclər Kitabxanası Xalq şairi, görkəmli dramaturq Vaqif Səmədoğlunun (1939–2015) xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.

 

Videoçarxda Vaqif Səmədoğlunun həyat və yaradıcılığı haqqında məlumat verilib, müəllifi olduğu kitablardan nümunələr nümayiş olunub.

 

Qeyd edilir ki, Vaqif Səmədoğlunun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edib. V.Səmədoğlu həyat və zaman, dünyainsan haqqında lirik-fəlsəfi düşüncələrini özünəməxsus üslubda oxucuya, dinləyiciyə çatdırmaq istedadına malik şair olub.

 

Videoçarxda Vaqif Səmədoğlunun müxtəlif televiziya verilişlərində verdiyi müsahibələrdən parçalar – ədibin öz səsi ilə həyat, azadlıq, xoşbəxtlik haqqında fikirləri, atası Səməd Vurğun haqqında xatirələri təqdim edilib. Vaqif Səmədoğlunun şəxsi ailə fotoalbomundan görüntülər nümayiş etdirilibXalq artisti Fəxrəddin Manafovun ifasında şairin şeir parçası da səsləndirilib.

 

Videomaterial kitabxananın sosial şəbəkə hesablarında izləyicilərə təqdim edilib.

 

Mədəniyyət.- 2021.- 9 iyun.- S.7.