İşğaldan azad olunan bölgələrdəki
kitabxanalar üçün
İşğaldan azad olunmuş ərazilərdə yaradılacaq kitabxanaların fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə keçirdiyi kampaniya davam edir. Kitab toplama aksiyasına Təhsil İnstitutu da qoşulub.
Təhsil İnstitutunun nəşrləri və ayrı-ayrı əməkdaşları tərəfindən müxtəlif illərdə çap olunmuş ümumilikdə 300 adda 5263 nüsxə kitab işğaldan azad olunan bölgələrdəki kitabxanalar üçün hədiyyə edilib. Kitablar Milli Kitabxanada bu məqsədlə yaradılan fonda təhvil verilib.
Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov həyata keçirilən kampaniyanın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd edib.
İnstitutun elmi kitabxanasının müdiri
Sürəyya Məmmədova və kitabxanaçısı Könül Məlikəliyeva da
aksiyanın əhəmiyyətini vurğulayaraq
digər təhsil müəssisələrini bu
kampaniyaya qoşulmağa
çağırıblar.
Mədəniyyət.-
2021.- 11 iyun.- S.2.